İsti havalarda hansı qidalardan uzaq durmalıyıq? – ARAŞDIRMA

qidalar
0 Shares

İsti havalarda orqanizmin ən vacib ehtiyacı sudur. Belə havalarda həddindən artıq yağlı və şəkərli qidalar yeməyin.

İsti havalarda bol su, vitamin və mineral tərkibli meyvə-tərəvəz və tam taxıllardan ibarət pəhriz daha uyğundur. Balıq, tərəvəz, meyvə və zeytunyağlı salatlar ən yaxşı seçimdir. Bundan əlavə, istiliklə birlikdə tərləmə sürəti artdığından, elektrolit balansını təmin edəcək qatıq və ayran istehlak etməyi də unutmaq olmaz. Tərkibində omeqa-3 yağ turşuları olan balıq həftədə iki dəfə istehlak edilməlidir. Qan şəkərinin sürətlə yüksəlməsinə və düşməsinə səbəb olan yağlı, şəkərli, ağır desertlər yerinə dondurma və ya südlü desertlər istehlak edilməlidir.

Axşam yeməkləri çox gec olmamalıdır. Şam yeməyi 20:00 civarında olsa, ən geci 20:30 ola bilsə çox yaxşı olar. Amma yay axşamları daha çox dəvətlər və xüsusi gecələr olduğu üçün bu qaydalara əməl etmək mümkün deyil. Belə bir vəziyyətdə iki dəfə kiçik yemək tövsiyə edilir.

Alkoqol üçün 1-2 stəkan ağ şərab yaxşı seçimdir, lakin axşam yeməyində desertiniz varsa, desertdən və ya şərabdan birinə üstünlük verilməlidir. Şirniyyat, dondurma və ya meyvəli desertlər üçün şərbət yay üçün ən yaxşı seçimdir.

İsti günlərdə nə yeyilməməlidir:

Yayda qaymaqlı və mayonezli qidalardan uzaq durmaq lazımdır. Bu qidalar tez xarab olduğundan həzm baxımından da orqanizmi narahat edir. Həddindən artıq yağlı köftə və şərbətli desertlərə də üstünlük verilməməlidir.

Yaşlılar və uşaqlar risk altındadır:

Bu qrup üçün adekvat su istehlakı həyati əhəmiyyət kəsb edir. Xüsusilə natrium, kalium və maqnezium orqanizmdə maye-elektrolit balansını təmin etdiyi üçün meyvə, tərəvəz, pendir, qatıq, ayran, tzatziki hər gün istehlak edilməlidir. Yay aylarında ishal halları çoxalır, bu zaman bol maye və ayran istehlakı həyati əhəmiyyət kəsb edir.Təəssüf ki, ölkəmizdə çoxlu körpə və uşaq susuzluqdan dünyasını dəyişir. İstilər ürək və təzyiq xəstələrinə də mənfi təsir edir. Bu insanların həddindən artıq istinin hiss olunduğu saatlarda çöldə olmamaları lazımdır.

Maye əlavəsi:

Bədənimizdən maye itkisi tər, tənəffüs, nəcis və sidiklə baş verir, buna görə də isti havada nəfəs almaq belə maye itkisinə səbəb olur. Gündəlik maye ehtiyacı metabolizmə uğrayan hər kalori üçün 1 ml-dir. Susamağı gözləmədən su istehlak edin və mütəmadi olaraq içməyi unutmayın. Əgər sidikiniz demək olar ki, rəngsizdirsə, maye qəbulu kifayətdir, tünd sarıdırsa, qeyri-kafidir.

SİA isti havalarda uzaq duracağımız qidalarla bağlı qida mütəxəssisləri və dietoloqların fikirlərini öyrənib.

Təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev: “İsti havalarda çox yağlı və şəkərli qidalar əvəzinə su, vitamin və mineralla zəngin mövsümi meyvə və tərəvəz, tam taxıllı qidalara üstünlük vermək lazımdır. Meyvə və tərəvəzlər yaxşı şəkildə yuyulmalıdır.

İsti havalarda açıq şəkildə satılan, saxlanılan yüksək risk qrupuna aid, tez xarab olmağa meyilli ət və ət məhsulları, süd və süd məhsulları seçərkən diqqətli olmalıyıq.

Balıq, zeytunyağlı tərəvəz, meyvə və salatlar ən yaxşı seçimdir.

Belə havalarda daha çox tərlədiyimiz üçün elektrolit balansını tənzimləyəcək qatıq, ayran, mineral su qəbulu artırılmalıdır. Su içmək çətin gəlirsə, suya təzə meyvə dilimləri, nanə, limon əlavə edib qəbul edə bilərsiniz. Gündə çəkinizə müvafiq olaraq ən az 2–2,5 litr su qəbul etməyi unutmayaq.

Qızartmalar, çox yağlı qidalar, içalatlar əvəzinə soyutma ət qəbul edə bilərik. Omeqa 3 yağ turşuları ehtiva edən balıq həftədə iki dəfə yeyilə bilər.

Qan şəkərini sürətlə artırıb-azaldan yağlı, şəkərli şirniyyatlar əvəzinə dondurma və südlü şirniyyatlar qəbul edilə bilər.

İsti havalarda kremli və mayonezli qidalardan da uzaq durmaq lazımdır. Bu qidalar tez xarab olduğu üçün ishala səbəb ola bilər”.
Dietoloq Ləman Süleymanova: “Qida insan həyatında çox önəmli bir vasitədir. Hətta Allahın insana bəxş etdiyi ilk ana südü belə tərkibində olan maddələrlə onu həyatı boyu idarə edir.

Hər bir orqanizm individualdır və hər bir orqanizmin individual olaraq bəzi qidalara tələbatı var. Ümumilikdə danışsaq, Allah insan orqanizmini xüsusi olaraq sistemləşdirib. Yəni, insan hər bir fəsilə uyğun qidalanmalıdır.

Fəsil dəyişdikcə insan orqanizmində yeniliklər baş verir və qidaya olan təlabatlar yenilənir. Məsələn, payız-qış fəslində insan proteinlə zəngin olan qidalarla üstünlük verməlidir. Çünki bu fəsildə immunitetin zəifləmə ehtimalı yüksəkdir və insan proteinli, zülallı qidalarla özünü viruslardan qorumalıdır. Bir sözlə daxilimizdə antivirus sistemi quraşdırmalıyıq.

Payızda daha çox sitrus meyvələrinə üstünlük verilir. Yaz-yay fəslində isə metobolizm aktivləşir və insanın daha yüngül qidalara təlabatı artır.

Əsasən iş adamları səhər və günorta yeməyi yemədən, birbaşa axşam ağır qidalarla qidalanır. Bu da ciddi fəsadlara yol aça bilər.

Yaz-yay fəslində axşam menyumuzu yüngülləşdirməliyik. Səhər yeməyinə daha çox üstünlük verməliyik. Günorta yeməyi də normal olmalıdır. Yay fəslində axşamlar meyvə-tərəvəzlərə, tərəvəz şorbalarına üstünlük verilməli, təmiz bitki çaylarından istifadə olunmalıdır.

Yeməkdən sonra meyvə yemək düzgün deyil. Bu köp yaradır və çəki artımına səbəb olur. Meyvə yeməkdən öncə yeyilməlidir və yaxud da axşamlar yalnız meyvə yeyə bilərsiniz. Yeməkdən yarım saat sonra bitki çayı vacibdir.

Ayşən Vəli