GTİB-Gənclərin Töhfəsi İB

GTİB-Gənclərin Töhfəsi İB

BİRLİYİN YARANMA TARİXİ, MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

Birliyin Təşəbbüs Qrupu 2009-cu ilin oktyabrında yaradılıb. Həmin ilin dekabrın 13-də isə Təsis Konfransı keçirilib. Birlik 29 yanvar 2010-cu il tarixdə qeydiyyat nömrəsi 110 – Q30 – 2802 olmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydə alınmışdır.

Birlik vətənpərvər gənclərin könüllü yaratdıqları Qeyri-hökümət təşkilatıdır.

Birliyin fəaliyyətinin predmeti və məqsədi Azərbaycan vətəndaşlarının ümumrespublika səviyyəsində inkişafını təmin etməklə elm, təhsil, din, mədəniyyət, ekoloji maarifləndirmə, sahibkarlıq, idman, mənəviyyat, könüllülük işinin aparılması, milli-mənəvi dəyərlərə əsaslanan müasir vətəndaş obrazının yaradılması, vətəndaş cəmiyyəti quruculuğuna, sosial-iqtisadi problemlərin həllinə kömək göstərmək məqsədilə elmi tədqiqat işlərinin həyata keçirilməsi və vətəndaşların maarifləndirilməsinə yardım edilməsi, ümumrespublika və beynəlxalq səviyyədə əməkdaşlığın və iştirakın təmin olunmasından ibarətdir. Qurum öz sıralarında onlarla gənci birləşdirir.

Birlik məqsədlərinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:

–        gənclər arasında milli-mənəvi dəyərlərimizi təbliğ etmək;

–        gənclərdə vətənpərvərlik ruhunun artırılmasına kömək etmək;

–        gənclər arasında sağlam həyat tərzinin formalaşdırılmasına kömək etmək;

Nəzərdə tutulmuş vəzifələri həyata keçirmək üçün Birlik müxtəlif kurslar və seminarlar, monitorinqlər, dəyirimi masa və görüşlər, sərgilər təşkil edir, konfranslar, xeyriyyə marafonları, digər mədəni-kütləvi tədbirlər keçirir, məqsədləri və fəaliyyəti barədə məlumatı sərbəst yayır.

Birlik 2012-ci ildən Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasına və Milli QHT Forumuna üzvdür.

BİRLİYİN TƏŞKİLATİ STRUKTURU VƏ TƏRKİBİ

Birliyin sədri eyni zamanda İdarə Heyətinin sədri, sədr müavinləri İdarə heyətinin sədr müavinləridir.

Birliyin İcraçı orqanları Deparamentlərdir. İcraçı strukturun fəaliyyətinə İcraçı Direktor rəhbərlik edir. Departement Direktorları öz profilləri üzrə işlərin icrasına rəhbərlik edirlər.

Birliyin tərkibində aşağıdakı Departamentlər fəaliyyət göstərir:

  1. Beynəlxalq əlaqələr departamenti,
  2. Mətbuat və İctimaiyyətlə əlaqələr departamenti,
  3. Layihələr və proqramlaşdırma departamenti,
  4. İnsan Resursları departamenti,
  5. Mədəniyyət və Kütləvi tədbirlər departamenti,
  6. Səhiyyə departamenti (Səhiyyə departamentinin tərkibində fəaliyyət göstərən qurumlar: Qan donorları şəbəkəsinin inkişafına dəstək komitəsi, Qan donorları məktəbi, Qan donorları klubu),
  7. Təhsil və Ali məktəblərlə iş üzrə departamenti

Digər icra orqanları: Xeyriyyə komitəsi, Qadınlar şurası, “Mübariz” vətənpərvərlər klubu