Broyler, yoxsa kənd toyuğu? – HANSINI ALAQ? – ARAŞDIRMA

broyler
0 Shares

Protein anbarı olan toyuq ətinin qidalanmada vacib yeri var. Lakin toyuq alarkən çox diqqətli olmaq lazımdır. Çünki günümüzdə kifayət qədər şişirdilmiş, saxta və broyler toyuqlarını “kənd toyuğu” adı altında satırlar. Buna misal olaraq son zamanlar geniş yayılmış “üçü 10 manat” olan toyuqları göstərmək olar.

Broyler toyuqlarının xüsusiyyətləri nələrdir?

Onların sürətli böyüməsi həm də seleksiyaçılara iqtisadi üstünlük verir. Belə bir fikir var ki, toyuq həm qidalanma, həm də sürətli böyüməyə görə çox sağlam hesab edilmir. Buna görə də heyvanlara yaxşı qulluq etmək vacibdir. Bu çərçivədə broyler toyuqlar təqvim və proqram çərçivəsində sistemli şəkildə yetişdirilir. Nəzərə almaq lazımdır ki, bu cədvələ əməl edilməzsə, quşçuluq təsərrüfatı və yetişdiricilər çox zərər çəkə bilər.

Broyler toyuq neçə aya yumurtlayır?

41-ci həftədən sonra ikinci dövr damazlıq toyuq yeminə başlanır. Damazlıq dişi toyuqlar 24-26 həftə ərzində yumurta istehsalının 5%-ə çatır. Bu zaman broylerlərin cinsi yetkinliyə çatması lazımdır.

Broyler neçə yumurta qoyur?

Broyler toyuqları 40-45 günün sonunda çəkisi 2 kq-a çata bilir.İllik yumurta məhsuldarlığı 50-70 yumurta təşkil edir. Gündəlik yem istehlakı 200-300 qram arasındadır. Broyler broyler toyuqlarının qırmızı və ağ olmaqla iki növü var.

Toyuq əti alanda dərisinin açıq rəngi və rütubətliliyi toyuqunuzun təzə olduğunu göstərir. Döş əti dolğun, döş sümüyünün elastikliyi isə toyuğun təzə olduğunu bildirir.

Tanınmış brendlərdən imtina etməyin: Toyuq əti alarkən onun tanınmış brend olmasına və qablaşdırılmasına diqqət yetirin.

Saxlanma şəraitinə diqqət yetirin: Məhsulun nümayiş olunduğu şkafı, soyuqda saxlandığını və ya mümkünsə hətta soyuducunun temperaturunu yoxlayın. Belə məhsullar üçün soyuq çox vacibdir. Qida məhsullarının qida xüsusiyyətlərini itirməməsi və xarab olmaması üçün müəyyən temperaturda saxlanmalı və daşınmalıdır. Bütün bu proses soyuq zəncir adlanır. Temperatur nəzarəti istehsal olunan qidanın temperaturunun ölçülməsi ilə başlayır, saxlama və daşınma prosesində nəzarətlə davam edir. Bu proseslərdən biri pozulursa, məhsul qida dəyərini itirir. Ona görə də etibarlı yerlərdən toyuq almağa diqqət edin.

Son istifadə tarixinə diqqət yetirin:

Hər məhsulda olduğu kimi, toyuq əti alarkən də son istifadə tarixinə diqqət yetirilməlidir.

Gözlətməyin:

Alıb evə gətirdiyiniz toyuğunuzu çox gözlətmədən soyuducuya qoymağa diqqət edin.

Doğru saxlama üsulunu tapın:

Aldığınız toyuğu dərhal bişirmək fikrində deyilsinizsə, qablaşdırması ilə birlikdə -18 dərəcə soyuqda 6 aya qədər saxlaya bilərsiniz.

Ərimiş halda bişirin:

Ərimiş toyuq ətini yenidən dondurmayın. Əgər əvvəllər dondurduğunuz toyuq hansısa yolla əriyibsə, onu gecikdirmədən bişirərək istifadə edin.

Sizi uzun müddət tox saxlayan, yağ yandırmağa kömək edən, keyfiyyətli zülal və vitamin-minerallarla zəngin olan toyuq əti ən çox istifadə etdiyimiz qidalar sırasındadır. Bəs toyuq alarkən və ya seçərkən nələrə diqqət etməliyik? SİA mövzu ilə bağlı araşdırma edərək qida üzrə ekspert və mütəxəssislərin fikirlərini öyrənib.

AİB sədri Eyyub Hüseynov: “Mən həmişə deyirəm ki, baytarın əli nəyə çatmırsa o daha təmizdir. Məsələn, dəniz balığı.

Azərbaycanın ən yüxarı dağ kəndlərində də müəyyən sorğular aparmışam və burada toyuqlara dərman vermədən onları saxlayıb artırmaq mümkün deyil. Bura hinduşkalar da aiddir.

Broyler toyuqlarına gəldikdə isə onlar tamamilə nəzarət altındadır. Bu cəhətdən quş qripinə yoluxma riski çox aşağıdır. Lakin broyler elə bir sistemdir ki, orada gərək rentabilliyi yüksəldəsən ki, toyuqlar tez yetişsin.

Dünyada toyuqları yetişdirmək üçün hormonal preparatlar var. Ona görə broyler toyuqları alan zaman çox kiçik toyuqlara üstünlük verməyin. Bu murdar toyuq ola bilər ki, kimsə onu ucuz satır.

Broyler toyuqların bədənində olan hormonal preparatların insanlara keçməsinə yol açır. Lakin kənd toyuqlarının özündə də problemlər var. Kənd toyuqlarına baytarların əlinin çatması məcburdur.

Kənd toyuqları yemlərinin tərkibi ən pis detallardan formalaşır. Üçü 10 manat olan toyuqlara gəldikdə isə onlar yumurtalamaq üçündür. Bir neçə il sonra onlar yumurtadan kəsildikdən sonra ucuz qiymətə satılır. İstehlakçılar kənd toyuğudur deyib hər toyuğu almasınlar.

Qida sektorunda iştirak edən bütün subyektlərin AQTA-da qeydiyyatı olmalıdır. İstehlakçılar satılan malların AQTA tərəfindən icazə verilib verilmədiyinə aid olan sənədi tələb etmək hüququna malikdirlər”.

Qida üzrə baş mütəxəssis Ağa Salamov: “Bu toyuqlar yarka dövründən sonrakı halda olan toyuqlardır. Bəs, yarka nədir? Toyuq yumurtadan çıxır və cücə olur. Sonra fərə və yaxud beçə olur. 5-6 aydan sonra da yarka olur. Yəni, yumurtlamadan öncəki olan və xoruz olmamış dövrdür. Onlar toyuq deyil, yarkadır. Toyuq dediyimiz isə yumurtlayanlardır.

Xüsusi toyuqlar var ki, onlar yumurta istehsal etmək üçün yetişdirilir. Bu toyuqlar da yumurtlamayanda onları üçü 10 manatdan satışa çıxarırlar. Onlara hormonal qidalar verilir. Yəni, yemləri hormonal olur.

Nəzərə alsaq ki, hava artıq isinib və bayırda səyyar satılan toyuqların satılması böyük bir təhlükə mənbəyidir”.

Təhlükəsiz qida mütəxəssisi Asim Vəliyev: “Toyuq qida dəyəri yüksək olan vazkeçilməz, süfrəmizdən əksik etmədiyimiz faydalı qidalardandır. Toyuq zülal, vitamin və mineral baxımından həm çox zəngin qidadır, həm də qırmızı ətə nisbətən asan həzm olunur. Yüksək zülal tərkibli pəhrizlərdə də ən çox toyuqdan istifadə olunur. Tərkibcə yağlılığı aşağı olduğuna görə qan təzyiqini tənzimləyir.

Toyuq yemək nə qədər faydalı olsa da, sənaye üsulu toyuqçuluğun zərərli tərəfləri də var. Daha çox qazanacam deyə qısa vaxtda yetişdirilən sənaye üsulu toyuqlar sağlamlıq baxımından faydalı hesab olunmur. Sənaye üsulu toyuqlarda antibiotik çox istifadə olunduğu üçün bakteriyaların dözümlülüyünü, müqavimətini artırır. İnsan da belə toyuqla qidalandıqda, faydalı bakteriyalar məhv olur. Qız uşaqlarının vaxtından əvvəl həddi-büluğ olmasına səbəb olur. Toyuqların tez acması və çəkisinin artması üçün arsenik istifadə edilir. Bu maddə də insanlarda xərçəngə səbəb olur.

Bundan savayı arsenik tərkibli nitarson, arsanilik turşusu , karbarson heyvan qidalarına qatılır.

Sənaye üsulu toyuqlarda antibiotiklərə dözümlü bakteriya qalıntıları 460 qat daha çoxdur.

Əgər toyuqların tez böyüməsini istəyirsinizsə, onların bağırsaq florasını yox etmək lazımdır. Bunun üçün onlara dozadan artıq antibotik verərək hormonal sistemini pzomaq kifayət edir. Dünyada istifadə olunan antibiotiklərin təxminən 80 faizi heyvanlara verilir.

Toyuq ətinin kişilərə zərərli olduğuna dair də bəzi araşdırmalar da mövcuddur. Çünki sənaye üsulu toyuqçuluqda toyuqlara esterogen hormonu verilir. Bu da kişilərə mənfi təsir edir. Belə toyuqla çox qidalanan kişilərdə sinə böyüməsi, həmçinin saç və tük tökülməsi kimi hallar müşahidə olunur. Sənaye üsulu toyuqlarla qidalanmaq piylənməyə (obezitə), ürək-damar xəstəliyinə və diabetə də səbəb ola bilir.

Çox aşağı qiymətə satılan toyuqları yeməməyi tövsiyə edirik. Əsasən də, sənaye üsulu ucuz toyuqların necə yetişdirildiyi bir çoxlarımıza məlumdur. İmkan daxilində kənd toyuğuna daha çox üstünlük verilməlidir. 3 toyuq 10 manata kimi qida hiylələrindən uzaq durmaq lazımdır”.

Ayşən Vəli