“Həkim məsləhəti olmadan qəbul edilən dərmanlar fəsad yaradır” – MÜTƏXƏSSİS Məhsəti Hüseynova DANIŞDI

0 Shares

“Hər hansı bir xəstəlik və ya xoşagəlməz hallar baş verdikdə dərman qəbulu birmənalı olaraq həkim tövsiyyəsi ilə olmalıdır. Xüsusilə mövsümi qrip və xəstəliklər zamanı insanlar qeyri-peşəkar şəkildə antibiotiklərdən istifadə edirlər. Antbiotiklərin isə insan orqanizminə bir çox zərərləri var”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, dərmanın zərərləri ilkin olaraq, allergiya kimi özünü göstərsə də daha sonra daha böyük problemlərə yol aça bilir: “Həmçinin antibiotik və bir çox dərmanlar birmənalı şəkildə qaraciyərin funksiyasına zərər vurur və qaraciyər-böyrək çatışmazlığına səbəb olur. Qaraciyərin funksiyasının pozulması isə piylənmə ilə nəticələnir. Bir çox hallarda dərmanlar düzgün şəkildə qəbul olunmadığından həzm sistemi və mədə-bağırsağa zərər vurur. Bu da bağırsaq florasının pozulmasına səbəb olur və immun sisteminin zəifləməsi ilə nəticələnir. Soyuqdəymə üçün istifadə olunan toz şəkilli dərmanlar da həkim məsləhəti ilə qəbul olunmalıdır. Bir neçə il öncə ÜST tərəfindən bu cür dərmanların satışına son qoyulsa da, istehsalı hələ də davam edən dərmanlar var. Yaxşı olar ki, dərman qəbulu məhz həkim məsləhəti ilə qəbul edilsin”.

  • Hüseynli Nərgiz