Yumurtanı çiy şəkildə qəbul etmək olar?

yumurta
0 Shares

“Orqanizm üçün ən faydalı qidalardan biri yumurtadır və zülallar, vitaminlər, minerallarla zəngindir”. Bu fikirləri SİA-ya açıqlamasında təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib.

Onun sözlərinə görə, yumurta sarısı xolesterin, yağda həll olan vitaminlər (D və E vitaminləri kimi ) və efir yağ turşuları ehtiva edir: “Araşdırmalara görə gündə 1-3 ədəd yumurtaya qədər yemək faydalıdır. Yumurta yaxşı xolesterini yüksəldir, ürək xəstəliklərinə qarşı qoruyucudur və beyin inkişafı üçün vacib kolin ehtiva edir. Həmçinin göz sağlamlığımız üçün də çox faydalıdır və insanı tox saxlayır.

Yumurta həm D vitamini, həm də kalsium baxımından zəngindir və sümük sağlamlığına faydalıdır.
Yumurta uşaqların sağlam böyüməsi baxımından da çox faydalıdır. 7-ci aydan sonra uşağın qida menyusuna yumurta sarısı əlavə edə bilərsiniz. Allergik reaksiya olma ehtimalı olduğundan yedirdikdən sonra uşağı nəzarətdə saxlayaraq müşahidə edin. Yumurta sarısını uşaq rahat uda bilməsə, arxasınca 1 qaşıq su verə bilərsiniz. 10-cu ayda yumurta ağını xırda-xırda verə bilərsiniz. Zülal tərkibi çox olduğu üçün miqdarı yavaş-yavaş artıra bilərsiniz. Yumurtanı çiy şəkildə qəbul etmək sağlamlıq baxımından zərərli ola bilər. Yumurtada “salmonella” adlı təhlükəli bakteriya olma ehtimalı var”.

Müəllif: Abutel İlhamqızı