Yay mövsümündə necə qidalanmalı? – Mütəxəssis Məhsəti Hüseynova’dan AÇIQLAMA:

0 Shares


Yay fəslində havaların isti keçməsi orqanizmdə bir sıra dəyişikliklərə səbəb olur. İsti havada orqanizm bədən temperaturunu sabit saxlamaq üçün tər ifrazını artırır ki, bu da nəticə etibarı ilə həm maye, həm də elektrolit (əritdikdə elektrik cərəyanı keçirən maddələr) itkisi yaradır.

Yay fəslinin gəlməsi ilə xüsusən hansı qidalara, meyvə və tərəvəzlərə diqqət etməliyik? 

Mövzu ilə bağlı Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Turkustan.az-ın suallarını cavablandırıb. 

Mütəxəssis bildirib ki, “yay mövsümü meyvə-tərəvəzlərin ən çox bol olduğu bir mövsümdür. Xüsusilə də Azərbaycan olaraq həm meyvələrin, həm tərəvəzlərin yayda daha çox olması, həm mövsümü, həm də yerli olması immun sisteminin gücləndirilməsi üçün ən önəmli məsələlərdən biridir. Ümumiyyətlə yay meyvələrini nəzərdə tutsaq daha çoxu yayın əvvəllərində olan gilas, çiyələk, alça və albalı xüsusilə qan azlığı olan insanlara daha çox kömək olur. Eyni zamanda da tərkibindəki antioksidant maddələrin olması orqanizmin bioloji qocalmasının qarşısını almaqda, orqanizmdə sərbəst radikallarla mübarizədə daha çox iştirak edir ki, bu kimi meyvələri, tərəvəzləri yemək daha çox tövsiyə olunur. Eyni zamanda tərəvəzlərdən həm göyərtilərin, həm də xiyar, pomidor, badımcan, bibər xüsusilə də yaşıl bibər qeyd etmək istərdim ki, bunun da önəmi daha çox vacibdir. Bir yaşıl bibərin tərkibindəki olan c vitamini orqanizmin günlük c vitamininə olan tələbatını ödəyir ki, mütləq şəkildə bundan istifadə edə bilərlər. Eyni zamanda bir çox insanlarda c vitamininə qarşı alergiya olduğuna görə həmin meyvələri qəbul edə bilmirsə, c vitamini yaşıl bibərdən ala bilər ki, buna diqqət etmək lazımdır. 

Daha sonra diqqət ediləcək məqam bəzən yayın əvvəllərində satılan qarpız və yemişdən istifadə bir çox hallarda riskli ola bilər. Burada əsas məqam odur ki, Azərbaycan üçün xarakterik olaraq avqustun 15-dən sonra qarpız və yemiş artıq yetişir. Ancaq ondan öncə satılan qarpız yemişi daha çox süni şəkildə yetişdirirlər. Süni istilik və eyni zamanda daha çox gübrələrdən istifadə olunaraq yetişdirilir ki, ondan istifadə edəndə xüsusilə yüksək risk qrupuna aid olan yaşlılar, uşaqlar və eyni zamanda da xroniki xəstəliyi olan insanlarda daha çox allergik reaksiyalarla yanaşı zəhərlənməyə də səbəb ola bilər. Ona görə yaxşı olar ki, vaxtından əvvəl yetişdirilən qarpız və yemişdən istifadə etməsinlər. Burada digər bir məqam odur ki, xaricdən gətirilən bu meyvələr kal şəkildə dərilib və uzun müddət xarab olmaması üçün həm tərkibinə, olunan kimyəvi maddələr əlavə olunur. Bu kimyəvi maddələr müəyyən müddətdən sonra insan orqanizmində bir-çox fəsadlar yarada bilər. Bu kimyəvi maddələr qaraciyərdə yığılaraq gələcəkdə böyrək çatışmamazlığına, qaraciyər problemlərinə gətirib çıxardır. Ona görə bunlardan da istifadə etmək tövsiyə olunmur”. 

Mütəxəssis əlavə olar bildirib ki, “giləmeyvələrin mövsümü olduğuna ən faydalı giləmeyvələrdən gün ərzində 200 qrama qədər qəbul olunması tövsiyə olunandır. Hər yemək qəbulunda tərəvəz qəbulu daha faydalıdır. Xüsusi ilə lifli qida olması ilə yanaşı eyni zamanda həzm prosesini asanlaşdırır. Maddələr mübadiləsini sürətləndirir və xüsusilə də bağırsaq mikroflorasının normallaşmasına kömək olur ki, burada da tərəvəzlərin önəmini qeyd etmək vacibdir. Yaxşı olar ki, paxlalılar və yağ zülal tərkibli heyvan mənşəli qidalardan, süd və süd məhsullardan, eləcə də ət məhsullarından az istifadə olunsun. Davamlı olaraq belə olduğu halda, zülal azlığına və eyni zamanda da qeyri-sağlam şəkildə çəki verməyə gətirib çıxara bilər. Ona görə mütləq şəkildə yeməklərdə balanslı qidalanmanı gözləmək lazımdır. 25 yaşa qədər və 25-30 yaşdan yuxarı insanlar gün ərzində üç əsas yemək qəbul etdikdə, hər birində tərəvəzlərdən istifadə etməlidir. Meyvəni isə, daha çox yemək aralarında və yaxud da yeməkdən 45-50 dəqiqə sonra qəbul etsələr daha doğru hesab olunar. Eyni zamanda gün ərzində qəbul olunacaq su miqdarına diqqət etmək lazımdır. Su miqdarı hər insanın bədən kiloqram çəkisinə görə 30 milliqram hesablanır ki, bu yalnız təmiz su ayran və eyni zamanda qəbul olunan tərəvəzlərin meyvələrin tərkibindəki su olaraq da hesablanır. Əgər fiziki aktivliklə məşğul olursa, tərləməyə məruz qalırsa, bu zaman bu miqdarı 1-2 stəkan şəklində artıra bilərlər”.

~ Abbaszadə Fidan