Sözdə “yaşıl inqilab” necə ətraf mühit və qida terroruna çevrildi?

Yaşıl İnqilab
0 Shares


Yeməyə nəzarət etsəniz, insanlara da edərsiniz…

Henry Kissinger

II Dünya Müharibəsindən sonra dünya əhalisi sürətlə artmağa başladı. Bu, artan əhalinin qidalanma ehtiyaclarının qarşılanması üçün “Yaşıl İnqilab” (Qreen Révolution) olaraq adlandırılan inqilabdır. Əslində isə kimyəvi dərman, kimyəvi gübrə, ifrat su istifadə etməklə istehsalı artırmaq və daha çox pul qazanmaq məqsədi daşıyan, torpağın və ətraf mühitin nizamını pozaraq sağlam olmayan qida istehsal edən saxta bir inqilab idi. Bu sözdə inqilab əsasən dar sahədə, ən yüksək səviyyədə məhsul əldə edə bilmək üçün ətraf mühiti və insan sağlamlığını heçə sayaraq meydana gətirilmişdi. Bu metod, uzun müddət davam etdirilə bilən bir əkinçilik və qida istehsalı metodu deyildi. Torpağı, ətraf mühiti yox edərək sağlam bir istehsal mümkün deyil. 1950-ci ildən etibarən dünyada müxtəlif səbəblərlə əkilə bilən torpaq sahəsinin üçdə biri yox olmuşdu. Qalanı da kimyəvilərlə, geni dəyişdirilmiş məhsullarla zəhərlənirdi. Həqiqətən də “Yaşıl İnqilab” nəticəsində kənd təsərrüfatı istehsalı görünən bir şəkildə artdı. 1970-ci ilə gəldikdə ətraf mühit sağlamlığının insan sağlamlığı üzərindəki təsirləri araşdırılmağa və müzakirə edilməyə başlandı. Yanlış olaraq kənd təsərrüfatında istifadə olunan dərmanlarının və kimyəvi gübrələrin insan sağlamlığına zərər verdiyi aşkarlandı və bəziləri qadağan edildi. Zamanında xilaskar olaraq göstərilən “Yaşıl İnqilab”, geridə ətraf mühit çirkliliyi kimi ciddi problemlər buraxdı. Torpaqlar çirkləndi, su qaynaqları sürətlə azalmağa və “frankeşteyn” qidalar yetişdirilməyə başlandı. Beləliklə “Yaşıl İnqilab” termini ilk dəfə 8 mart 1968-ci ildə “United States Agency for International Development/USAID”-in keçmiş rəhbərlərindən William Gaud tərəfindən Washingtonda bir konfransda (The International Development Conférence), istifadə edilmişdir: “Kənd Təsərrüfatı sahəsindəki bu və bənzər hadisələr yeni bir inqilabı işarə edir. Bu, Sovetlərin vəhşi “Qızıl İnqilab”ı, ya da İran şahının “Ağ İnqilab”ı kimi deyil. Mən buna “Yaşıl İnqilab” deyirəm.”
Bu gün bizə “Yaşıl İnqilab” deyə qəbul etdirilən süni və acımasız tətbiqlərin bədəllərini ödəyirik. Bu hadisənin arxasındakı hakim güclər nə yeyib-yeməyəcəyimiz haqda seçim haqqımızı da əlimizdən almaq üzərədirlər.
Kartelləşmiş böyük beynəlxalq şirkətlər 1930-cu ildən etibarən kənd təsərrüfatı sektorunda böyük gələcək olduğunu gördülər. 1930-cu ilin ortalarında ABŞ-da yarı qısır hibrid qarğıdalı toxumu istehsal etdilər və bu sürətlə yayıldı. Kənd təsərrüfatı sektoruna göz dikən böyük şirkətlər, əsas inkişaflarını II Dünya Müharibəsindən sonra etdilər. II Dünya Müharibəsinin sonunda dünyada bir kimya nəhəngi olan Alman “I.G. Farben”in təsislərinin bombalanıb yerlə bir edilməsiylə, ABŞ kimya şirkətləri (DuPont, Dow Chemical, Monsanto, Hercules Powder və s.) dünyada ən böyük yerə gəldilər.

Bomba hazırlanması üçün çox lazım olan nitrogen maddəsi, eyni zamanda gübrə hazrlanmasında da istifadə edilirdi. Bu səbəblə kimya sənayesi həm daxili bazar, həm də ixrac etmək üçün gübrə şəklində nitrogen, ammonium nitrat, ammonium bazarı quruldu. Bu zəhərlərin kənd təsərrüfatında istifadə edilməsi həm qidaları, həm də ətraf mühiti zəhərlədi, amma “Yaşıl İnqilab” olaraq təlqin edilməyə başlandı.
“Yaşıl İnqilab” fikrinin atalarından və baş icraçılarından olan və dünyadakı aclığa son vermə şüarı ilə yola çıxan ABŞ-lı bioloq və kənd təsərrüfatı mütəxəssisi Norman Borlaug (1914-2009), 1970-ci ildə bir Nobel mükafatı qazandı. Amma qəribədir ki, Borlaug bu mükafatı biologiya deyil, sülh sahəsində (Nobel Peace Prize) aldı. Eyni mükafatı bir neçə il sonra Cənubi Amerikadakı qanlı üsyanlarda, hökumət çevrilişlərində barmağı olan Henry Kissinger də alacaqdı. Bu iki adam da güclü insanlar, amma ABŞ-ın və dünyanın ən zəngin ailələrindən olan Rokefeller və ətraflarının himayəsi altındaydılar. “Yaşıl İnqilab” böyük ölçüdə Rokefeller və Ford fondları tərəfindən maliyyələşdirilərək beynəlxalq sahəyə yayılmağa çalışıldı.
Bu işdə Dünya Bankı, Birləşmiş Millətlər Təşkilatı Kənd Təsərrüfatı və Qida Təşkilatı vasitəçi olaraq istifadə edilirdi. “Yaşıl İnqilab”ın bir müddət sonra əsl üzü ortaya çıxacaq və bu sistemin yalanının dünyadakı aclığın qarşısını almağa deyil, bir neçə qlobal gücün pula olan aclığını doyurmağa xidmət etdiyi görüləcəkdi.
Min illərdir orqanizmimiz təbii qida, təmiz su və təmiz hava ilə həyatını davam etdirmək üçün proqramlanmışdı. Lakin emal edilmiş, paketlənmiş qidalar, qatqı maddələri, kimyəvilər, çirkli hava, çirkli su, hərəkətsizlik, ətraf mühitmizdə meydana gələn elektromaqnit sahələr xəstəlikləri artırdı. 19-cu əsrdən etibarən həyatımıza girən və 20-ci əsrdə sürətlə inkişaf edərək artan sintetik kimyəvi dərmanlar, insan həyatını məhv etdi. Sözdə bütün bu texnoloji inkişafların və sənayeləşmənin insan sağlamlığına və ətraf mühitə faydasından çox zərəri var. GMO-lu məhsullarla hazılanan və müasir deyilən əkinçilik yoluyla qidadakı yetərsizliyin həll olacağı iddiası 21-ci əsrin ən böyük yalanıdır. Sənaye üsulu kənd təsərrüfatı istehsalın bir parçası halına gələn GMO, qəti şəkildə bu mövzuda çarə deyil. Sənaye üsulu istehsal ətraf mühitin və insan sağlamlığının ən böyük düşmənidir.
ABŞ Kənd Təsərrüfatı Nazirliyinin Pestisid Data Proqramı (USDA’s Pesticide Data Proqram / PDP), qidalar üzərindəki pestisidləri və kimyəvi qalıntıları əhatəli bir şəkildə test edən və nəticələri yayınlayan bir sistemdir. Bu proqram daha çox uşaqların istehlak etdiyi qidaları test etmək üzərində sıx olaraq çalışır. Bu proqram daxilində 1996, 1997 və 1998-ci ildə südlər üzərindəki pestisidlər və ya kimyəvi qalıntılar test edildikdə, süd nümunələrinin 80%-nin üzərində müşahidə edilə bilən bir qalıntıya rastlanmamış, geri qalanın da üzərində az miqdarda qalıntı tapılmışdı. 2004-2005-ci ildə aparılan testlər 2006-cı ildə açıqlanmış, bu səfər test edilən 739 süd nümunəsinin hamısının üzərində kimyəvi qalıntıya rastlanmışdı. Yalnız bu nümunə belə istehlak etdiyimiz qidaları hər keçən gün sürətlə daha çox zəhərlədiyimizi ortaya qoyur.
Təbii ortamlarda qidalanmayan, amma çox yemlə bəslənən bu heyvanların məhsullarında insan sağlamlığı üçün çox faydalı olan omeqa 3 və Konjuge Linoleik turşu (KLA) azalır. Bu hal isə xəstəliklərə qapı açır. KLA, ən çox gövşəyən heyvanlardan əldə edilən məhsullarda mövcuddur. KLA, insanda önəmli miqdarda sintezlənmədiyi üçün əsas qaynaq gövşəyən heyvanların əti və süd məhsullarıdır. 60 kq çəkidəki bir fərdin gündə ən az 50-100 qram heyvan mənşəli məhsul istehlak etməsi lazımdır. Otlaqlarda təbii olaraq otlamayan heyvanlarda insanlar üçün olduqca vacib olan qidalar da azalmaqdadır.
Otlaqlarda otlayan və yaylaq otlarıyla bəslənən heyvanların məhsulları isə son dərəcədə sağlam olur. Biz isə təəssüf ki, otlaqlarımızı gün keçdikcə itirdik. Olanlar da islah edilmədi. Heyvanları qapalı yerlərə tıxayaraq həyata keçirilən bəsləmə sistemi həm onları, həm də bizi xəstələndirməyə başladı. Çoxu GMO-lu olan hazır yemlər və bunlarla bəsləmə həm böyük sənaye sahibləri tərəfindən sevilir, həm də yetərli otlaq olmaması yetişdiricini çox sağlam olmayan hazır yemə yönəldir. Əvvəllər ferma heyvanları otlaqlarda otlayaraq bəslənirdi. Sonraları isə hər şey dəyişdi. Halhazırda dünyada soyanın 90%-ni, qarğıdalının 80%-ni heyvanlar yeyir. Nəticə olaraq heyvanlar da şəkər xəstəsi olurlar. Bunların ətlərini, yumurtalarını yeyən insanlar başda ürək və damar xəstəlikləri, alzheimer, parkinson olmaq üzərə bir çox xəstəliyə yaxalanır.

Fermerlərin istifadə etdiyi pesdisidlər çox nəzarətsizdir və fermerlər bunları şüursuz şəkildə istifadə edir. Bu da ətraf mühit və insan sağlamlığı üçün böyük təhlükə yaradır. Xüsusilə yediyimiz meyvə və tərəvəzlərin üzərində olduqca yüksək dərəcədə pestisid qalıntıları var. Bu həqiqətlər əksəriyyətlə xalqdan gizlədilir. Ancaq bəzən edilən nəzarətlərdə, ya da ixrac edilən meyvə və tərəvəzlərin xarici ölkə gömrüyündə laboratoriya testi nəticəsində ortaya çıxır. Bu da olduqca yetərsiz bir nəzarət mexanizi olur.
Ətraf mühit və sağlamlıq mövzusunda çalışmalar aparan ABŞ-Washington mərkəzli müstəqil bir vətəndaş cəmiyyəti təşkilatı olan Ətraf Mühit Çalışma Qrupu (Environmental Working Group / EWG, www.ewg.org) hökumətin etmədiyi işi görür, ABŞ-da bazarda satılan qidalar üzərindəki pestisid qalıntılarını ölçür və hər il bunları yayınlayır, meyvə və tərəvəzlər üzərində testlər edir.
Ümumiyyətlə almalara, toplandıqdan sonra anbarda ikən olğunlaşmasını təmin edən, çürümə müddətini aylarla gecikdirən, rəf ömrünü uzadan və xərçəng əmələ gətirici bir kimyəvi olan Diphenylamine (DPA) tətbiq edilir. EWG, 2010-cu ildə etdiyi testlərdə ABŞ-da yetişdirilən almaların 80%-də Avropa Birliyi limitlərinin dörd qatı üzərində DPA olduğunu görmüşdü. ABŞ ən çox satılan və uşaqların da yediyi meyvəylə xalqını zəhərləyir, bir çox ölkəyə də bunu ixrac edir. Avropa Birliyi isə bu mövzuda sıx nəzarət və tənzimləmə tətbiq etdiyi üçün bu tip qidaları ölkəsinə buraxmır. EWG-yə görə ABŞ Ətraf Mühit Qoruma Qurumu Pestisidlər Bölümündə (U.S. EPA Office of Pesticides) çalışan mütəxəssislərin, Avropa Birliyinin meyvələr və tərəvəzlərdə tapılan pestisid qalıntılarının üzərindəki limitə görə hansı qida məhsullarının idxalını qadağan etdiklərindən belə xəbərləri yoxdur. Bundan başqa Avropa Birliyi bu kimyəvinin almalar üzərində tətbiq edilməsini 2012-ci ildə qadağan etdi.
EWG-nin bu mövzuda 2014-cü ildə hazırlayıb yayınladığı hesabatda, bazardan alıb test edilən meyvə və tərəvəzlərin böyük miqdarının üzərində limitdən artıq zərərli kimyəvi pestisid qalıntıları olduğu ortaya çıxdı. Bu dərman qalıntılarının bəzi uşaq yeməklərində olduğu da təsbit edildi. Bunlardan yenə ən baş yerdə alma idi. EWG, meyvələrin və tərəvəzlərin üzərindəki bu qalıntıların xərçəng, beyin zədələnməsi, hormonal pozuntular və davranış pozuntuları başda olmaq üzərə bir çox xəstəliyi hərəkətə gətirdiyinə diqqət çəkməsinə baxmayaraq hələ ABŞ-da aidiyyəti qurumlar bu tip tövsiyələri yetərli şəkildə ciddiyə almırlar. Qida təhlükəsizliyi vəziyyəti ABŞ-da belədirsə, digər inkişaf etməkdə olan ölkələrdə vəziyyətin nə qədər qorxunc olduğunu təxmin etmək belə insanı ürküdür.