Satışda olan tortların üzərində istehsal tarixi niyə qeyd olunmur? – Mütəxəssis Məhsəti Hüseynova’dan AÇIQLAMA:

0 Shares

Əksər şirniyyat mağazalarında tortların istehsal tarixi və istəfadə müddəti məhsulun üzərində qeyd olunmur.

Qida mütəxəssisi Məhsəti Hüseynova bildirir ki, tort məhsullarının saxlanma müddəti onların növünə görə dəyişir.
Kremli, şokoladlı və yaxud meyvəli tort növləri vardır ki, bunlar daha az saxlanma müddətinə malikdir.

Mütəxəssis bildirir ki, hər bir şirniyyat məhsulunun üzərində mütəq şəkildə onun əmtəə nişanı ilə yanaşı istehsalçı şirkət haqqında da tam məlumatlar olmalıdır. Eyni zamanda həmin məhsulun xalis çəkisi, saxlanma müddəti, istehsal tarixi və son istifadə müddəti məhsulun üzərində qeyd olunmalıdır.

Ətraflı olaraq videonu izləyin.

~ Abbaszadə Fidan