Oruc tutanların DİQQƏTİNƏ! – Bu qidalardan uzaq durun! 

0 Shares

Ramazan ayında oruc tutan hər kəsi bu sual maraqlandırır: Nə yesəm gün ərzində tox və susuz qala bilərəm? 

Dietoloqlar bu mövzu ilə bağlı bir sıra qidalanma üsullarını məsləhət görürlər. 

“Yeni Sabah”a danışan dietoloq Aysel Dibirova bildirir ki, sahur zamanı ağır yeməklərdən qaçmaq lazımdır:

“Süfrədə yüksək miqdarda karbohidratli qida yerinə daha çox zülallı və tərkibində sağlıqlı yağlar olan qidalar qəbul edilməlidir. Belə ki, zülallı qidalardan yumurta, pendir, kəsmik, süd qəbulu tövsiyyə edilir. Çünki, zülalli qidaların həzm edilməsi digər qidalara nisbətən daha uzun müddət çəkir. Bu da bizim gec acmağımıza səbəb olur. Rasionda təbii qisa zəncirli yağ turşulari ilə zəngin qida olan yağlı qara zeytun, qoz, findiq, badama yer verilə bilər. Karbohidrat qəbulunu isə sifirlamaq qətiyyən doğru deyil. Çünki, karbohidratlar bizə lazim olan günlük enerjinin 45-60% karbohidratlar hesabına ödənir. Əgər qida ilə qəbul edilən,orqanizmin həyat fəaliyyəti üçün gərəkli enerji ehtiyaci ödənməzsə, bu zaman orqanizm bu enerjini əzələlərdən alır. Uzun müddət bu cür qidalanma zamanı yağ itkisinə deyil, əzələ və su itkisinə gətirib cixarır. Buna görə karbohidrat mənbəyi kimi istənilən taxil bitkisindən alinmiş undan hazırlanan çörəkdən istifadə etmək olar. Bununla yanaşı, lifli qida qəbulunu da unutmamaq lazimdir. Lifli qida olan tərəvəzlərdən və meyvədən istifadə edə bilərik. Çalısaq ki, balansli qidalanmanı təmin edək ki, gün sonunda çox halsız, yorğun olmayaq. 

Su balansını qorumaq üçün isə mütləq şəkildə oruc açdıqdan sonra yeməkdən ən azı 1saat sonra rahatlıqla çoxlu su içmək olar. Lakin sahurda yeməkdən öncə çoxlu miqdarda su qəbulu iştahanın azalması, bu da lazımı enerjinin alımının qarşısını ala bilər. Sahur zamanı lifli qida qəbulu (tərəvəz və meyvə) bizim susuzluğumuzunda qarşısını alacaq. Çalışak ki, yüksək miqdarda duzlu, şirin qida qəbul etməyək. Çünki, bu cür qidalar sağlamlıq üçün də faydalı deyil”. 

Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova “Yeni Sabah”a bu barədə bir sıra önəmli məqamları açıqlayıb:

“Oruc tutan zaman susuzluqdan və baş ağrısından əziyyət çəkənlər orqanizmin su balansını təmin edəcək qədər maye qəbul etməlidirlər. Bu çox vacib nüansdır. Su balansı insanın çəkisinə görə dəyişir. Normal çəkili insanlarda hər kiloqrama 30 ml qram, artıq çəkili şəxslərdə isə 7-8 stəkan suyun qəbulu vacib hesab olunur. Əgər iftar və imsak vaxtı yetəri qədər su qəbul olunursa, bu zaman orqanizm gün ərzində aclıq vaxtı susuzluq hiss etmir. Maye dedikdə, təmiz və sadə süd, ayran, müxtəlif meyvə-tərəvəzlərin tərkibində olan maye nəzərdə tutulur. Çay, kofe, qazlı içkilər maye olsa da, orqanizmin su ehtiyacını qarşılamır. Yaxşı olar ki, iftar və imsak zamanı həddən artıq duzlu yemək və turşuları rasionumuzdan çıxaraq. Çünki bu cür qidalanmaq orqanizmdəki su balansını pozur, baş ağrısı, yorğunluq, enerjinin aşağı olmasına gətirib çıxarır. Susuzluqdan əziyyət çəkməmək üçün kifayət qədər mövsümi və yerli meyvə-tərəvəzlərdən istifadə etmək lazımdır. Bu həm mineral balansını tənzimləyir, həm də susuzluğu aradan qaldırır. İftarda artıq kalorili və ağır yeməklərin qəbulundan imtina etməkdə fayda var. Bu yeməklər həzm prosesində orqanizmə ciddi zərər verir və susuzluğa səbəb olur. İftar və imsak saatları ərzində 2 stəkan çay və 1 fincandan artıq kofe içmək məsləhətli deyil. İçdiyimiz çay, kofe əvəzində əlavə su qəbulu mütləq şərtdir. Əks halda, susuzluq daha çox hiss olunur. İmsakda yaxşı olar ki, süd və süd məhsullarına üstünlük verilsin. Şəkərsiz kəsmik və yoqurtlardan, həmçinin, qatıqdan istifadə gün ərzində insanın daha dözümlü qalmasına effektiv təsir göstərir”.

~ Abbaszadə Fidan