“Mənşəyi bəlli olmayan kosmetik vasitələr hormonal balansı pozur” – MÜTƏXƏSSİS DANIŞDI

0 Shares

 “Kosmetik vasitələrin hazırlanmasında bir çox kimyəvi vasitələrdən istifadə olunur. Həmin kimyəvi maddələr hər bir orqanizm üçün fərqli reaksiyalar göstərə bilər. Bu allergik reaksiyalardan tutmuş, dəri vasitəsilə də orqanizmə bir çox zərərlər verə bilər. Təbii ki, bu maddələrin ən çox istifadə olunanı bəzən kremlər və ya dodaq boyaları kimi göstərilsə də, hər bir kosmetik vasitədə istifadə olunan məhsullar sağlamlıq baxımından test olunaraq istehsal olunmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib. O bildirib ki, bu gün satışda ucuz və mənşəyi bəlli olmayan bir çox kosmetik vasitələr var: “Həmin kosmetik vasitələri istifadə edən insanlarda hormonalın balansın pozulması halları yaşanır və immun sistemi aşağı düşür. Həmçinin dəri, dodaq və saç boyaları vasitəsilə orqanizmə keçən kimyəvi maddələr nəticəsində də orqanizmdə bir çox xəstəliklərin yaranmasına səbəb olur. Həssas, allergik insanlarda ilk anlarda səpki, qızarıqlıq şəklində ortaya çıxsa da, daxili orqanlara verdiyi zərər bəzən səssiz şəkildə həyata keçir. Bu isə artıq xəstəliyin kəskinləşdiyi dövrdə ortaya çıxır. Bir çox məhsulların tərkibində istifadə olunan kimyəvi maddələrlə yanaşı, bitki mənşəli və ya trans yağlardan da məhsullar hazırlanır. Bu isə birmənalı şəkildə orqanizmdə bir çox xəstəliklərin yaranmasına səbəbiyyət verə bilir. Bu səbəbdən də kosmetik məhsul alan zaman tərkibində daha az kimyəvi maddə olanlara üstünlük vermək lazımdır”.

~ Abbaszadə Fidan