Məhsəti Hüseynova – Xoşbəxtlik hormonu nə zaman ifraz olunur?

Məhsəti Hüseynova
0 Shares

“Yuxu rejiminin pozulması birbaşa qidalanma və həyat tərzi ilə yaxından əlaqəlidir. Bir insanın sağlam orqanizmə sahib olması üçün mütləq şəkildə onun düzgün və sağlam yuxu rejimi olmalıdır. Gənclər bir gün ərzində 7-8 saat, böyüklərin isə 6-7 saat yatması normal hesab olunur”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib.

Onun sözlərinə görə, yuxu saatı da düzgün seçilmədir: “Gecə saat 23:00-dan sonra fasiləsiz yuxu rejimi olmalıdır. Çünki orqanizmdə həm bioloji qocalmanın qarşısını alan, həm də insanları enerjili, gümrah edən xoşbəxtlik hormonu məhz gecə saat 23:00-dan 01:00-a qədər yatdıqda ifraz olunur. Bunu göz önünə alaraq mütləq həmin saatlarda yuxuda olmalıyıq. Əgər biz həmin saatlarda rejimimizi pozuruqsa və oyağıqsa, orqanizmdə həm qocalma, həm də daxili orqanların funksiyasının yavaş-yavaş itirməsi və depressiyaya meyilli, eyni zamanda özümüzü yorğun və əzgin hiss edə bilərik. Qidalanma ilə də yuxu birbaşa əlaqəlidir.

Əgər sağlam yuxu yatmaq istəyiriksə, yuxudan ən azı iki saat əvvəl yemək yeyilməlidir. Əks təqdirdə yuxu rejimi pozulur. Xüsusilə də axşam yeməklərində yağlı, boş kalorilərdən ibarət qidalardan istifadə etməməliyik. Uzun müddət yuxusuz qalan insanlarda artıq müəyyən problemlər yaranmağa başlayır. İnsanlar bu zaman stresə meyilli və aqressiv olurlar”.