Məhsəti Hüseynov – “Evdə müalicə olunarkən diqqətli olmaq lazımdır”.

Məhsəti Hüseynova
0 Shares

“Mövsüm dəyişdikcə insanlarda immun sistemi aşağı düşür. Temperaturun dəyişməsi ilə də bağlı insanlarda qrip xəstəliyi, müxtəlif viruslara tez-tez yoluxurlar”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib.

Onun sözlərinə görə, təbii ki, belə olan halda da insanlar bəzən peşəkar həkimlərə deyil, evdə müalicəyə üstünlük verirlər: “Təbii ki, bu müalicə düzgün şəkildə aparılsa, heç bir problem yoxdur. Lakin bir çox hallarda bəzi ot və bitkilərdən istifadə edirlər ki, bu zaman ehtiyyatlı olmaq lazımdır. Çünki hər bir bitkinin orqanizmə təsiri fərqlidir. Xüsusilə də bitkilərin bir çoxunun müalicəvi xüsusiyyətləri var. Lakin hər kəsin orqanizmi eyni deyil. Yəni bəzi bitkilər insanlarda müəyyən allergiyalara səbəb ola bilər. Müalicəvi təsirləri olan bitkilər öd və böyrəkdə çöküntülərin əriməsinə, onların təmizlənməsinə yardım edir ki, bunlardan qeyri-peşəkar şəkildə istifadə etdikdə də əks təsirləri üzə çıxır.

Eyni zamanda da bitki çaylarından çox istifadə etmək orqanizmdə vitamin və mineral balansının və vitaminin azalmasına gətirib çıxarır. Buna görə də evdə müalicə olunarkən olduqca diqqətli olmaq lazımdır”.