EDNews-TV’nin qonağı olan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova COP29 çərçivəsində QHT’lərin rolundan danışdı:
COP29 Azərbaycanda keçirilən beynəlxalq layihələrin ən böyük və uzunmüddətlisi idi.
Məhsəti Hüseynova qeyd edib ki, bugün QHT’lər ümumiyyətlə Azərbaycanda bütün sferalarda öz aktivliyini nümayiş etdirir. Məhz bunlardan biri də COP29 oldu.
COP29 – da Milli QHT formu öz pavilyonu ilə təmsil olunurdu. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə həyata keçirdiyi layihələr var idi ki, burda artıq qalib olmuş QHT-lərdə öz panel müzakirələrini, tədbirlərini həyata keçirmək üçün şərait yaradılmışdı.
Məhsəti Hüseynova bildirib ki, 16 noyabrda keçirilən tədbirdə Şərqi Zəngəzur və Qarabağda yaşıl enerji zonaları ilə bağlı sənədli filmin təqdimatı oldu. Bu film təqdimatında M.Hüseynova filmdə çəkildiyinə baxmayaraq eyni zamanda bu layihənin məsləhətçisi kimi iştirak edib.
Ətraflı olaraq videonu izləyin:
~ Abbaszadə Fidan