Hamilə xanımlar necə qidalanmalıdır ? – Sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova danışdı

Məhsəti Hüseynova
0 Shares

“Hamilə xanımlar qidalanmalarına mütləq şəkildə diqqət etməlidirlər. Çünki nəinki hamiləlik, hətta hamiləlikdən 70 gün əvvəl belə qəbul edilən qidalar dölün inkişafında öz rolunu göstərir”.
Hamilə xanımlar necə qidalanmalıdır ? – Sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova danışdı
Onun sözlərinə görə, bu səbəbdən də hamilələr mütləq şəkildə hər zaman sağlam qidalanmalı və mənşəyi bəlli olan qidalardan istifadə etməlidirlər:
“Hamiləlik dönəmində mənşəyi bəlli olmayan, evdən qıraqda hansı şəkildə bişirilib, saxlanıldığı məlum olmayan qidalar risk qrupuna daxil olur. Eyni zamanda həm ananın, həm də körpənin sağlamlığını risk altına atır. Xüsusilə də dönərlərdir ki, bişirilmə üsulu və uzun müddət açıq havada qalması bu ətlərdən insana virus keçməsinə səbəb olur. Buna görə də hamiləlik dönəmində bu kimi qidalardan mütləq şəkildə uzaq durmaq lazımdır.
Yaxşı olar ki, hamilə xanımlar gün ərzində 1-2 stəkan çay və yaxud da əgər asılılıq varsa, bir fincan qəhvə içə bilər. Lakin gündəlik istifadə də kafein tərkibli qidaların qəbul olunması məsləhət görülmür. Eyni zamanda spirtli içkilərdən tamamilə uzaq durmaq lazımdır. Bu cür içkilər də hamiləlik dönəmində çox zərərli hesab olunur. Çünki bu kimi içkilərin qəbulu dölün zəhərlənməsilə belə nəticələnə bilər. Hətta beynin inkişafına da zərərli olduğundan tamamilə spirtli içkiləri həmin dönəmdə həyatımızdan çıxarmalıyıq.
Gündəlik qidalanmalarında hamilə xanımlar şəkərdən də uzaq durmalıdırlar. Çünki şəkər xüsusilə də şəkərli, qazlı içkilər orqanizmdə həm spazmlara səbəb olur, həm də mədə-bağırsaq sisteminin pozulmasına gətirib çıxarır.
Balıq çox faydalıdır, lakin diqqət etmək lazımdır ki, iri çəkili və böyük balıqlardan çox istifadə olunmasın. Çünki həmin balıqların tərkibində civə həddindən artıq çoxdur. Civə isə ağır metal olduğu üçün dölün inkişafına zərər verir. Yaxşı olar ki, kiçik balıqlardan istifadə olunsun. Xüsusilə də çay balıqlarından istifadə etmək daha yaxşıdır.
Digər qidalardan isə həftədə iki-üç dəfə ət yeyilməsi məsləhət görülür. Əgər allergiya problemi yoxdursa, mütəmadi olaraq çərəzlərdən istifadə etmək lazımdır.
Eyni zamanda təzə meyvə-tərəvəzlər, süd və süd məhsulları və bol su qəbulu da olduqca vacibdir.
Bir çox hallarda hamilələrin idmanla məşğul olub-olmaması da sual yaradır. Əgər düzgün şəkildə, peşəkarların məsləhəti ilə idman edilirsə təbii ki, bu zaman edilən idman orqanizm üçün çox xeyirli olur. Xüsusilə də üzgüçülük, rəqs, hamilələr üçün yoqa və platesdən istifadə edilə bilər”.