Faydalı hesab etdiyimiz duzlar hansılardır? Mütəxəssis fikri

Duz
0 Shares

Müasir dünyamızda şəkər, duz, un 3 ağ zəhər sayılır. Onlardan biri haqqında danışacayıq. Duz orqanizm üçün vacib olan elementlərdən biri sayılır. Lakin bunu rafinə olunmuş, süni şəkildə ağardılmış, kimyəvi maddələr vurulmuş duzlara aid etmək olmaz.

Bu barədə Sağlam Qidalanma mütəxəssisi, Qida təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova QHT.az-a açıqlamasında bildirib ki, orqanizm üçün faydalı duz Himalay duzu və Qaya duzu ən saf duz növü sayılır. Mineral baxımından da hədindən artıq çox zəngin olduğunu vurğulayan mütəxəssis Himalay duzunun orqanizmi rahatladığını bildirib: “Bu duz eyni zamanda həzm sistemini də normallaşdırır. Qaya duzları ən iri duzlar sırasında olsa da aparılan araşdırmalar göstərir ki, bu xərçəng xəstəliyin qarşısını alır. Mətbəxtdə istifadə olunması məsləhət görülür. Duzlarda xeyirli mineral olan yod var. Xörək duzunu göllərdən çıxarırlar və yodlu duz olaraq faydalı hesab olunur. Biz duzu digər qidalardan da ala bilərik. Bəzi tərəvəzlərin tərkibində duz çoxdur. Bunları qəbul etdikdə əlavə duz qəbuluna ehtiyac yoxdur”.

Məhsəti Hüseynova qeyd edib ki, duzun orqanizm üçün faydalarına həzm sistemini normallaşdırır, qan dövranını sürətləndirir, revmatizmaya, oynaq, əzələ ağrılarına müsbət təsiri edir, iştahaçıcıdır, mikrobları öldürmək xüsusiyyətinə malikdir, mədə turşuluğunun, həmçinin böyrək və sidik yolları daşlarının yaranmasının, mədədə turşuma, qıcqırma kimi halların qarşısını alır: “Yalnız faydalı hesab etdiyimiz duzlardan istifadə etmək lazımdır. Əgər duzu tamamilə rasionumuzdan çıxarsaq, həzm sistemində problemlər olacaq, insulin dəyəri aşağı düşəcək, insulin dirənci yaranmasına səbəb olacaq. Həzm yollarında mikrobların, bəlğəmin daha çox yığılmasına səbəb olur”.

Mütəxəssis həddindən artıq duz qəbul etməyin, normanı keçməyin şişkinliklərə, ödəm, böyrək xəstəliklərinə, yüksək təziqə səbəb olduğunu da bildirib: “Duzdan kosmetik vasitə kimi də istifadə olunur. Bu saça, dəriyə, dırnaqlara faydası var, estetik görünüşə səbəb ola bilər”.