Dönər istehsalında yeni qaydalar: Nə kimi dəyişikliklər gözlənilir? – Mütəxəssis Məhsəti Hüseynova’dan AÇIQLAMA:

Screenshot
0 Shares

Dönər istehsalı ilə bağlı yeni qaydalar təsdiqlənib. 

Alınan yeni qaydalar hansılardır və nə dəyişikliklər gözlənilir?

Bu barədə Qida təhlükəsizliyi hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova “informator.az”a açıqlamasında bildirib ki, Qida Təhlükəsizliyi Agentliyinin apardığı monitorinqlərin nəticəsi göstərir ki, dönərxanalarda  vəziyyət heç də ürəkaçan deyil:

“Ümumiyyətlə, son zamanlar da dönərlərdən kütləvi zəhərlənmələr artıb. Xüsusilə də, insanların diqqətini çəkmək üçün hər hansısa bir dönərin üzərində, içki hədiyyə olunması və bunun çox ucuz qiymətə olması onun əlçatanlığını daha da artırır ki, bu da artıq hər yaşdan olan insanların diqqətini cəlb edir və eyni zamanda da  dönəri insanların daha çox istifadə etdiyi yeməklər sırasına daxil edir. Bu, xoşagəlməz halların qarşısını almaq üçün, qəbul olunan yeni qaydalar xüsusilə də, ətlərin Qida Təhlükəsizliyi Agentliyinin nəzarətindən keçmiş ətlərin olması, eyni zamanda da, bunların daşınmasında, saxlanılmasında, emalında, temperatur rejimi pozulmadan emal olunmasıdır”.

Mütəxəssisin sözlərinə görə, bu qaydalar, birinci növbədə insan sağlamlığını qorumaq üçün nəzərdə tutulub:

” Ət zülal mənşəli qidadır və düzgün şəkildə saxlanılmadıqda, tez sürətdə, tərkibindəki, mikroorqanizmlər sürətlə çoxalır ki, bu da onun xarab olmasına gətirib çıxarır ki və belə olan halda zəhərlənməyə səbəb ola bilər. Eyni zamanda, mənşəyi bəlli olmayan ətlərdən istifadə olduqda, bu zaman baytar nəzarətindən keçməyən heyvan ətlərindən insan orqanizmə bir çox xəstəliklərin yoluxma riski çoxalır. İmmun sistemi aşağı olan, az yaşlılar, yaşlı insanlar bu, kimi qidaları qəbul etdikdə, daha tez zəhərlənməyə məruz qalır. Bu, zəhərlənmə də, bəzən bir çox ağır nəticələrlə sonlanır”.

~ Abbaszadə Fidan