DİQQƏT! Kakao hansı halda orqanizmə zərər verə bilər? – MÜTƏXƏSSİS DANIŞDI

0 Shares

“Tərkibinin zənginliyinə görə kakaonun insan orqanizminə bir çox faydaları var. Xüsusilə də tərkibində dəmir, maqnezium, kalium, mis kimi elementlərin çox olması bir çox insanlarda vitamin və mineral çatışmazlığının qarşısının alınmasına kömək olur. Eyni zamanda güclü anti-oksidantlar olduğundan sərbəst radikallarla da mübarizə aparmaqda yararlıdır”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.O bildirib ki, kakao tərkibindəki kafein sayəsində insanlarda tez bir zamanda yorğunluğun aradan qalxmasına və daha enerjili hiss etməsinə gətirib çıxarır. Xüsusilə də mərkəzi beyin sisteminin funksiyasını yaxşılaşdırdığı üçün gərgin iş rejimində çalışan insanların kakao qəbul etməsi tövsiyyə olunandır. Günün birinci yarısında və günorta saatlarında qəbul olunan kakao insan orqanizminə daha çox fayda verir. Kakaonun təmiz, mənşəyi bəlli və qatqısız olmasına xüsusi diqqət yetirilməlidir. Çünki bu şəkildə qəbul olunduqda kakaonun faydalarından yararlanmaq olar. Lakin gün ərzində lazımi miqdarı keçməmək lazımdır. Bu da təxminən bir gün üçün 2 yemək qaşığı qədər təşkil edir. Axşam saatlarında kakao qəbul etməməyə diqqət etmək lazımdır. Çünki axşam saatlarında qəbul olunan kakao bəzən insan orqanizmində xüsusilə yuxu rejiminin və hormonal balansın pozulmasına gətirib çıxarır. Günlük miqdarından artıq qəbul olunan kakao orqanizmə fayda deyil, zərər verəcək”.

~ Abbaszadə Fidan