Çiyələyi almadan əvvəl BUNA DİQQƏT EDİN! mütəxəssis Məhsəti Hüseynovadan XƏBƏRDARLIQ:

0 Shares

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova EDnews-a açıqlamasında bildirib ki, Azərbaycanda çiyələyin təbii mövsümü əsasən may–iyun aylarına təsadüf edir. Təbii çiyələklər forma və ölçü baxımından müxtəlif olur.

Onun sözlərinə görə, çiyələklərin qoxusu, dadı və rəngi də təbii şəraitdən asılı olaraq dəyişir.
“Lakin nəzərə almaq lazımdır ki, mövsümündən əvvəl satışa çıxarılan çiyələklərin əksəriyyəti istixanalarda yetişdirilir, süni istilik verilir və müxtəlif kimyəvi maddələr, o cümlədən pestisidlərdən istifadə olunur. Bu maddələr təbii ki, norma daxilində olmalıdır.
Bəzən isə onların yüksək dozada və ya düzgün istifadə edilməməsi insan orqanizmində hormon balansının pozulmasına, daxili orqanların, xüsusilə qaraciyər və böyrəklərin funksiyasının zəifləməsinə səbəb ola bilər. Uzunmüddətli istifadədə sinir sisteminə mənfi təsirlər və kanserogen risklərin artması da müşahidə oluna bilər,” – deyə mütəxəssis qeyd edib.

Məhsəti Hüseynova əlavə edib ki, çiyələk alarkən onu axar suda yumaq və bir müddət suda saxlamaq pestisidlərin miqdarını azalda bilər, lakin tamamilə aradan qaldırmır.
“Ev şəraitində məhsulu seçərkən mövsüm faktoru ilə yanaşı, görünüşə də diqqət yetirmək lazımdır. Əgər çiyələk həddindən artıq parlaq görünürsə, ölçüsü qeyri-adi dərəcədə böyükdürsə, təbii qoxusu yoxdursa, üzəri tam qırmızı, içi isə açıq rənglidirsə, bu, onun süni şəraitdə yetişdirilmə ehtimalını artırır,” – deyə o bildirib.

  • Fidan Abbaszadə