“Bu pendir az qoxulu olur, asanlıqla həzm olunan xüsusiyyəti var”- AÇIQLAMA

Pendir
0 Shares

“Keçi pendiri və inək pendiri tərkibinə və qiymətinə görə dəyişir. Keçi pendiri az qoxulu olur, asanlıqla həzm olunan xüsusiyyəti var. Bu xüsusiyyətləri əsasən tərkibindəki yağ malekullarının xırda olmasıdır, protein kütlələri daha xırda, kiçik ölçülü olduğu üçün tez həzm olunur. Keçi südü və ondan hazırlanan pendir mədə turşuluğunun balansını tənzimləyir, bağırsaqların mikroflorası üçün çox faydalıdır. Xüsussilə asma, alergiyası olan, həzm sistemi problemləri olan, dəri xəstəliyi, ekzema olan insanlarda keçi pendiri daha faydalı hesab olunur” – bu sözləri Sağlam Qidalanma mütəxəssisi, Qida təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova QHT.az-a açıqlamasında bildirib.

İnək pendirinə nisbətən keçi pendirinin tərkibində həzmi çətinləşdirən laktozanın az olduğunu vuğulayan Məhsəti Hüseynova onun asan həzm olunduğunu da vurğulayıb: “Tərkibində daha çox kalsium, kalium, Maqnezium, A, B qrup vitaminləri yer alır. Mineral maddələrdən fosfor var ki, bu da günlük lazım olan qida elementlərini tənzimləyir. Az yağlıdır, qida dəyəri daha çoxdur. Keçi südü inək südünə nisbətdə yalnız ilin yay və yaz aylarında sağıldığı üçün hər fəsildə əlçatan deyil. Bu da onun qiymətinə təsir edən amillərdəndir. Keçi südündən hazırlanan pendirlər təzə olunmalıdır. Uzun müddət qalması orqanizm üçün faydalı hesab olunmur. Alergik reaksiyalarla yanaşı, həssas qurupdan olan insanlara, xroniki xəstəlikləri olan insanlara, xüsusilə yaşlı insanlara keçi pendiri qəbul olunması faydalı hesab olunur”.