“Kimyəvi mənşəli qidaların orqanizmə zərərləri olduqca böyükdür“ – Mütəxəssis Məhsəti Hüseynova DANIŞDI

0 Shares

“Xərçəng, şəkərli diabet və digər bu kimi xəstəliklər daha çox düzgün qidalanmamaqdan qaynaqlanır. Eyni zamanda idxal olunan məsullar sırasında da bu xəstəliklərə yol açacaq qidalar var. Hansı ki, paketlənmiş qidalar, kimyəvi qatqı maddələrindən istifadə olunan, rəf ömrü uzun olan qidalar var ki, bunlar birmənalı şəkildə sağlamlıq üçün zərərlidir. Çünki tərkiblərində orqanizm üçün faydalı olacaq makro və mikroelementlər, vitamin və minerallar yoxdur”. 

Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib. 
Mütəxəssis bildirib ki, sintetik, kimyəvi mənşəli qidaların orqanizmə zərərləri olduqca böyükdür: “Təbii ki, sözügedən məsullarda kimyəvi maddələrlə bağlı müəyyən doza təyin olunsa da, bir çox insanlar gün ərzində bir neçə cür qidadan istifadə edir və bu zaman doza aşılmış olur. Bu isə orqanizmin normal funksiyasını yerinə yetirməməsinə səbəb olur. Həmin qidalar sayəsində artıq şəkər və kalori qanda şəkər miqdarının yüksəlməsinə səbəb olur. Bu da insulin səviyyəsinin normasını dəyişdirir. 

Ölkəyə fərqli məhsullar idxal olunur. Burada həm orqanik, ekoloji cəhətdən təmiz məhsullar, həm də kimyəvi üsulla, sənaye emalından keçmiş məhsullar da yer alır. Bu məsullar qanunvericiliyə uyğun şəkildə idxal olunduqda AQTA tərəfindən məsulların keyfiyyətinə nəzarət edilir”.


~ Abbaszadə Fidan