Qaraciyəri məhv edən qidalar hansılardır? – MÜTƏXƏSSİS AÇIQLADI

Asim Vəliyev
0 Shares

“Gün ərzində qaraciyərimiz üçün təhlükə yaradan çox qida qəbul edirik”. Bu fikirləri SİA-ya açıqlamasında qida üzrə mütəxəssis Asim Vəliyev bildirib.
Onun sözlərinə görə, ən böyük orqanlarımızdan biri olan qaraciyərimizin qidalarla birlikdə qəbul etdiyi vitamin və mineralların sorulması, orqanizmdəki zərərli maddələrin təmizlənməsi baxımından vəzifələri var: “Mütəmadi spirtli içki qəbulu, çox yağlı qidaların yeyilməsi, siqaret çəkilməsi qaraciyər yağlanması, hepatit və serroz kimi xəstəliklərə səbəb olur.

Qaraciyər üçün zərərli qidaların başında ağ undan hazırlanmış çörək və digər un məmulatları gəlir.
Həmçinin əksəriyyətimizin sevə-sevə yediyi pizzanı da bu zərərli qidalara aid edə bilərik.
Həmçinin qaraciyərlə yanaşı, digər orqanlara da zərər verən hazır meyvə suları, qazlı və rəngli sular, fruktoza tərkibli qidalar da risk faktorudur. Çipsilər, qarğıdalı tərkibli atışdırmalıqlar, fast-food restoranlar şəbəkəsinin bəzəyi və vaz keçilməzi olan fri kartoflar da başda qaraciyər olmaqla digər orqanlarımızı üçün təhlükəli qidalardır.
Qaraciyər xəstələri qida rasionuna hər zamankından daha çox diqqət etməlidir.
Qaraciyər xəstələri, ilk növbədə, qaraciyərə zərər verən qidalardan uzaq durmalıdırlar. Sağlam insan gündə 1500-2000 kalori qəbul edirsə, serroz olanlar 2300-3000 kalori qəbul etməlidir. Xüsusilə, çox yağlı və duzlu qidalardan uzaq durmalıdırlar”.