“Sağlam qida” Könüllülərinin Maarifçilik Məktəbi layihəsinin ilk günü yekunlaşıb

sağlam qida könüllüsü
0 Shares

Təlimlər iki gün davam edəcək və bu müddətdə Bakı regionundan seçilmiş 18-29 yaş arasında otuz nəfərdən ibarət gənc qida təhlükəsizliyi, sağlam və düzgün qidalanma, sağlam həyat tərzi, fiziki aktivlik kimi mövzularda maarifləndiriliblər.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və ARGTMŞ-ın “Gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi” proqramı çərçivəsində “Gənclərin Töhfəsi” İctimai Birliyi tərəfindən keçirilir.