“Sağlam Qidalanma və Qida Təhlükəsizliyi forumu” keçiriləcək

sağlam qidalanma
0 Shares

Sabah Bakuda “Sağlam Qidalanma və Qida Təhlükəsizliyi forumu” keçirəcək.

Forumun keçirilməsində əsas məqsəd sağlam qida istehlakçılarını məlumatlandırmaq, qida təhlükəsizliyi sahəsində görülən işlər barəsində ictimaiyyəti məlumatlandırmaq və maarifçilik işi həyata keçirməkdən ibarətdir.

Forum çərçivəsində həmçinin kitab təqdimatı, “www.saglamqida.az” saytı və E kod” mobil tətbiqinin təqdimatı nəzərdə tutulur.

Həmçinin peşəkar mütəxəssislərin iştirakı ilə “Qida Təhlükəsizliyi” və “Sağlam Qidalanma” mövzularında panel müzakirələr baş tutacaq.

Qeyd edək ki, forum Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Gənclərin Töhfəsi İctimai Birliyi, Qida Təhlükəsizliyi Hərəkatı və Azərbaycan Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.