“Yay aylarında üstünlük verəcəyimiz qidaları aşağıdakı kimi sıralaya bilərik. Orqanizmin müqavimətini artırmaq üçün mövsümü meyvə və tərəvəzlərə üstünlük verməliyik”. Bu fikirləri SİA-ya açıqlamasında təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib.
Onun sözlərinə görə, gündə 4-5 porsiya tərəvəz, 2-3 porsiya meyvə istehlak etmək immunitet sistemimizi gücləndirir: “Xüsusilə yaşıl rəngli tərəvəzlər fol turşusu, kalium və C vitamini ilə çox zəngindir. Yağlı qidalardan bacardığımız qədər uzaq durmalıyıq. Qızartma və qovurma kimi yağlı qidalar əvəzinə soyutma üsulu ilə hazırlanmış qidalara üstünlük verməliyik.
Meyvə qəbul edərkən həddi aşmamağa diqqət etməliyik. Sağlam qidalanıram deyərək bol-bol meyvə yeməyin. Çünki meyvənin tərkibindəki şəkər miqdarı çox olduğu üçün çəkinizin artımına səbəb ola bilər.
Un məmulatları əvəzinə südlü şirniyyatlar, meyvəli şirniyyatlar və ya qatqısız qaydasına uyğun hazırlanmış dondurma qəbul edə bilərsiniz. Yay aylarında isti olduğundan tər vasitəsilə çox maye itkisi baş verir.
Hər kq çəkiyə 30 ml maye qəbul etməyi unutmayaq. Gündəlik 2,5-3 litrə yaxın maye qəbul etmək sağlamlıq baxımından faydalıdır. Yay aylarında idmanla məşğul olanlar daha çox su qəbuluna diqqət etməlidir.
İstər yay, istərsə digər fəsillərdə olsun qazlı və rəngli içkilərdən imtina edin. Maye ehtiyacını qarşılamaq və sərinləmək üçün süd, ayran, mineral su, şəkərsiz limonad, soyuq bitki çayları, şəkərsiz kompot və təzə sıxılmış meyvə suyu qəbul edə bilərsiniz. Qəbul etdiyimiz qidaları sulu və qatı olmasına görə çox daha çox çeynəməyi unutmayaq. Doymaq hissi yemək yeyildikdən 15-20 dəqiqə sonra hiss edilməyə başlayır. Bu baxımdan yavaş-yavaş yemək yeməyə diqqət etməliyik.
Yaz və yay aylarında qida zəhərlənmələri daha çox müşahidə olunduğu üçün gigiyenaya diqqət edin.
Xüsusilə çöldə və açıq şəkildə satılan qidaları qəbul etməyin. Yüksək risk qrupuna aid süd və süd məhsulları, ət və ət məhsulları qəbul edərkən diqqətli olmalıyıq. Qidaların satın alınması, hazırlanması, bişirilməsi və saxlanması mərhələlərində gigiyenaya diqqət etməliyik”.
Müəllif: Abutel İlhamqızı