“Mətbəximizin vazkeçilməz ləzzətlərindən biri də turşudur. İstər pomidor, istər xiyar, istərsə də digər meyvə və tərəvəzlər olsun, turşusunu hazırlayarkən diqqət ediləcək ən vacib amillərdən biri gigiyenik şərtlərdə hazırlanmasıdır”. Bu sözləri SİA-ya açıqlamasında təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib.
Onun sözlərinə görə, turşusunu hazırlayacağımız meyvə və tərəvəzi təmiz yumaq lazımdır: “Əks halda qida zəhərlənməsinə məruz qala bilərik.
Yaxşı yuyulmayan meyvə və tərəvəzlər orqanizm üçün zərərli bakteriyalar duzlu və turşulu mühitdə ölsə də toksinlərin səbəb olduğu qida zəhərlənməsinə məruz qala bilər. Bu baxımdan turşunun gigiyenik şərtlərdə hazırlanması çox vacibdir. Düzgün hazırlanmayan, duz və ya sirkə miqdarı düzgün tənzimlənməyən turşularda yumuşalma baş verir. Turşunun yumuşalması kiflərin çoxlamasının əlamətidir. Bu kiflər bir çox hallarda göbələk infeksiyalarına da səbəb ola bilir”.
Asim Vəliyev sözlərinə belə davam edib: “Əgər turşu suyunun üzərində ağ təbəqə müşahidə edirsinizsə, bu kif təbəqəsidir və sağlamlığa faydalı bakteriya nisbətinin pozulmasının əlamətidir. Belə olduğu halda o turşunu qəti şəkildə yeməyin. Akut olaraq toksinlər vasitsilə meydana gələn qida zəhərlənmələri də baş verir. Xüsusilə immunitet sistemi zəif xəstələr üçün bu çox risklidir.
Gigiyenik şərtlərdə və düzgün miqdarda su və sirkə ilə hazırlanan turşu ilə qida zəhərlənmələrindən qoruna bilərik. Əksinə düzgün hazırlanan turşunun tərkibindəki faydalı mikroorqanizmlər ishal və bağırsaq infeksiyalarından qorumaqda çox faydalıdır.
Turşu hazırlayarkən plastik qablardan istifadə etməməliyik. Plastik mətbəx avandanlıqları üzərində ən çox bakteriya olan və bakteriyaların çoxalmasına şərait yaradan bir quruluşdadır. Qida üzərindəki turşuluğu artırdığı və kanserogen maddələrin əmələ gəlməsinə səbəb olduğu üçün qidaların qida dəyərini aşağı salır, qida zəhərlənməsinə, mədə və bağırsaq xərçənginə səbəb ola bilir. Bu səbəblə qışlıq qida hazırlıqlarında mütləq şüşə qabqlardan istifadə olunması tövsiyə olunur. Şüşə bankaları təmiz yuyub qurulamaq lazımdır. Qapağın əzik, ağzı bağlanmayacaq şəkildə əyri, paslanmamış olduğuna diqqət edin.
Turşu hazılamaq üçün aldığımız qidaların əzilmiş, çürük və kifli olmamasına diqqət edilməlidir. Turşu uyğun şərtlərdə hazırlanmadığı təqdirdə bir patogen bakteriya növü olan “Clostridium botulinum” sürətlə çoxalmağa başlayır. Bu bakteriya yoluxduğu qidanı istehlak edənlərdə 18-36 saat ərzində halsızlıq, baş fırlanması, ağız quruluğu, təzyiq düşməsi, dəridə rəng dəyişikliyi və ağrılı şişmələr, tərləmə, qarın ağrısı, bulantı və qusma müşahidə olunur. Erkən müdaxilə olunmasa ölümlə də nəticələnə bilər.
İstər evdə hazırlanan, istərsə marketdən aldığınız turşuların qapağı şişibsə, pis dad və qoxu verirsə, açdıqda üzərində ağ təbəqə şəklində kiflənmə varsa, həmin turşunu istifadə etməməliyik”.
Ayşən Vəli