Dabaq virusu: yoluxma və qorunma yolları – Ekspert Asim Vəliyevdən AÇIQLAMA:

0 Shares

“Hazırda iri və xırda buynuzlu heyvanlarda dabaq xəstəliyinin yayılması ilə bağlı narahatlıqlar artır. Dabaq yoluxucu və təhlükəli xəstəlikdir, əsasən mal-qara, qoyun, keçi, donuz və digər dırnaqlı heyvanlarda müşahidə olunur”.

Bunu BiG.AZ-a açıqlamasında Gənclərin Töhfəsi İctimai Birliyinin sədri və sağlam qida təbliğatçısı Asim Vəliyev bildirib.

O, qeyd edib ki, xəstəliyin əlamətləri heyvanlarda yüksək temperatur, ağız və dırnaq nahiyəsində yaralar, tüpürcək axmasıdır. Yoluxmuş heyvanların ət və süd məhsullarından istifadə insan sağlamlığı üçün risk yarada bilər:

“İnsanlara dabaq əsasən:

Yoluxmuş heyvanın çiy və ya az bişmiş əti,

Pasterizə olunmamış süd və ondan hazırlanan məhsullar,

Xəstə heyvanla birbaşa təmas zamanı keçir.

Qorunmaq üçün tövsiyələr:

Əti yalnız baytarlıq nəzarətindən keçmiş heyvanlardan almaq; küçədə açıq satılan ət təhlükəlidir.

Ətin içərisi tam bişməlidir; çiy və ya yarıbişmiş ət yeməyin.

Süd məhsullarını yalnız pasterizə olunmuş və ya qaynadılmış formada qəbul etmək.

Xəstə heyvanla təmasdan uzaq durmaq; lazım olduqda əlcək və maska istifadə etmək.

Əti təmizləmək, doğramaq üçün istifadə olunan bıçaq və taxtaları ayırmaq”.

  • Abbaszadə Fidan