Azərbaycan Respublikasının Gənclər Fondunun “İdeyanı reallaşdır 2023” gənclərin fərdi layihələri üzrə qrant müsabiqədə qalib olan və Fondun maliyyə, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilati dəstəyilə həyata keçirilən “Tələbə-Diksiya Klubu” layihəsinə yekun vurulub. 10 avqust 2024-cü il tarixində təşkil olunan sonuncu praktik məşğələdə gənclərə diskussiya bacarıqları, Azərbaycan dili normaları, nitq mədəniyyətinin önəmi, ifadəlilik bacarığı və aydın tələffüz üsulları praktika olunub və iştirakçılara sertifikatlar təqdim olunub. Qeyd edək ki, layihədə ümumilikdə 30 nəfər gənc işirak edib.
#AzGF #GenclerFondu #AbşeronXızıGənclərİdman #TələbəDiksiyaKlubu #Gənclərİdman #AzərbaycanGəncləri #AZEYouth #Seminar