Yoxlanılmış gözəllik sirləriBütün qızların özünə məxsus gözəllik sirləri var. Bu sirlər xəzinəsini daha da zənginləşdirmək üçün yoxlanılmış və effektiv baxım hiylələrini sizin üçün bir araya topladıq. Ümid edirik ki, onlar işinizə yarayacaq!
Dırnaq boyasını yenicə çəkmiş qızların çarəsizliyini yalnız həmcinsləri anlayar. Qızlar, əgər dırnaq boyasının tez qurumasını istəyirsinizsə, dırnaqlarınızı boyadıqdan dərhal sonra onları soyuq suda 1-2 dəqiqə saxlayın.
Dırnaqlarınızdan boyanı silməyə hər dəfə çətinlik çəkirsinizsə, boyanı çəkməzdən öncə dırnağınızın üzərinə pambıq vasitəsilə zeytun yağı çəkin.
Saçlarınızın həcmli olmasını istəyirsinizsə, onları qurutmağa diblərdən başlayın.
Dolaşmış saçlarınızı darayarkən onları daha az zədələmək üçün uclardan daramağa başlayın.
Saçlarınız tez yağlanırsa, bu hiylə sizin üçündür. Saç diblərinizə uşaq talkı vursanız, saçlarınız gün ərzində həcmli və təmiz görünəcək. Yoxlayın!
Dodaq və ya göz qələminiz hər dəfə soyularkən qırılır? Qələmi soymazdan öncə onu yarım saatlıq soyuducuya yerləşdirin.
Kosmetikanı üzünüzdən təmizləmək üçün təbii vasitələrdən istifadə edin. Mələsən, kokos yağından.
Dodaq boyasının qalıcılığını artırmaq üçün dodağınıza boyanın üzərindən eyni rəngli ten çəkin.
Dodaqlarınız çat verir və qururuyur? 1 xörək qaşığı bal və 1 çay qaşığı şəkər və 1 xörək qaşığı kokos yağını qarışdırıb, dodaqlarınızı 5 dəqiqə masaj edin. Daha sonra dodaqlarınızı yuyun. Hər gün təkrar edin.
Göz altı şişləri aradan qaldırmaq üçün səhərlər gözlərinizi soyuq su ilə yuyun və göz altlarına buz qoyun.