Yeməyi həddindən artıq duzlu etməyin şok fəsadları ORTAYA ÇIXDI

0 Shares

“Hər insan orqanizmi üçün gündəlik qəbul olunacaq duz norması 10 qramdır”. 

Bu sözləri sağlam qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova Hit.az-a açıqlamasında bildirib. 

O söyləyib ki, bir çox qidaların tərkibində duz olduğunu da nəzərə almaq lazımdır:

“Bir çox tərəvəzlərin və çörəyin tərkibində duzun olduğunu nəzərə almaq lazımdır. Ümumiyyətlə, gündəlik qəbul edəcəyimiz bir çox qidaların tərkibində duz olduğuna görə ümumi qəbul etdiyimiz duz miqdarı 10 qram hesab olunur”. 

Mütəxəssis həddindən artıq duzlu yemək yeməyin fəsadlarından da söz açıb:

“Həddindən artıq duz qəbul etmək olmaz. Çünki bu, bir çox xəstəliklərə səbəb ola bilir. Burada xüsusilə bişmiş yeməklərə sonradan duz əlavə edilməsinin zərərli olduğunu da vurğulamaq yerinə düşər. 

Ümumiyyətlə, həddindən artıq duz qəbul etmək ilk növbədə orqanizmin duz-su balansının pozulmasına gətirib çıxarır. Bu da hipertoniya, ürək-damar xəstəlikləri, eləcə də qaraciyər xəstəliyindən əziyyət çəkən insanlara daha çox zərər verə bilər”. 

Məhsəti Hüseynova vurğulayıb ki, normadan artıq qəbul olunan duz orqanizmdə müəyyən asılılıq da yaradır:

“Bu zaman insanlar qidanın normal dadına deyil, daha duzlu olmasına alışdıqları üçün bütün yeməklərə dadına baxmadan belə əlavə duz tökürlər. Lakin o orqanizm tərəfindən tam şəkildə həzm olunmur. 

Amma duzlardan birmənalı şəkildə istifadə etməmək və duzsuz qida qəbul etmək də insan orqanizmində vitamin və mineralların azalmasına gətirib çıxarır. Ona görə də duzun normasında istifadə olunması tövsiyə olunur”.

  • Hüseynli Nərgiz