Yayda pəhriz saxlamaq olar, yoxsa olmaz? – MÜTƏXƏSSİS AÇIQLADI

Pəhriz
0 Shares

“Yay mövsümünün gəlməsi ilə əlaqədar bir çoxları ideal bədən çəkisi əldə etmək və yaxşı görünmək üçün pəhrizlərə başlayıb. Ancaq çəki atacam deyə pəhrizə başlayarkən səhvə yol verməmək lazımdır”. Bu sözləri SİA-ya açıqlamasında təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib.

Onun sözlərinə görə, hər orqanizmə fərdi yanaşmaq və qulaqda eşitmə, sosial şəbəkələrdə rastgələn hər pəhriz hər kəs tərəfindən istifadə olunmamalıdır: “Pəhriz boyunca fərqində olmadan səhv pəhriz proqramı ilə həm zəifləmə müddətini yavaşlada və bir sıra sağlamlıq problemləri ilə qarşılaşa bilərik. Həmçinin pəhrizi dayandırdıqda əvvəlkindən daha çox çəki ala bilərik.

Xüsusilə aşağı kalorili pəhrizlər sağlamlığımıza mənfi təsir edir. Tərəziyə çıxdıqda çəkimizdə müəyyən azalmalar hiss olunsa da bu keçici bir çəki azalmasıdır”.

Asim Vəliyev sözlərinə belə davam edib: “Balanslaşdırılmayan qidalanma nəticəsində əzələ azalması, baş ağrısı, saç tökülməsi, qəbzlik, qan şəkəri balansının pozulması, dəri quruluğu və s. bir sıra sağlamlıq problemləri ilə qarşılaşa bilərik. Əksinə balanslı qidlaanaraq qalıcı çəki əldə etməliyik. Hər bir orqanizmin sağlam bir şəkildə öz funksiyasını yerinə bilməsi üçün gündəlik müəyyən bir kaloriyə ehtiyac var. Bu kalorini gün ərzində yeyib-içdiyimiz qidalardan əldə edirik.

Pəhriz müddətində kalori miqdarı azaltmaq üçün yeməkləri yağsız bişirmək, omeqa 9 yağ turşuları və vitaminlə zəngin sağlam yağları qəbul etməməyə səbəb olduğu üçün yağda əriyən vitaminlərin sorulmasına da mənfi təsir edir. Sağlamlığa mənfi təsir edən bu hal pəhriz müddətində bir müddət sonra çəki azalmasını dayandırır, ya da yavaşladır.

Pəhriz edərkən yağ ehtiyacınızı uyğun miqdarda zeytun yağı, avakado, qoz, badam və fındıq kimi yağlı toxumlar yeyərək sağlam yağ turşularını qəbul edə bilərsiniz. Yay fəslində pəhrizdə ən yaxşı seçim mineral su əvəzinə sudur. Həmçinin qazlı və şəkərli sulardan da uzaq durmalıyıq. Bir çoxlarımız pəhrizdəyəm deyə tamamilə karbohidrat ehtiva edən qidalarla vidalaşır.

Orqanizmin əsas enerji qaynağı olan karbohidratlar lif, B qrup vitaminlər və minerallar baxımından zəngin olduğu üçün, tamamilə pəhrizdən çıxarıldıqda bağırsaq funksiyasının pozulmasına, şirin yemək ehtiyacının artmasına səbəb olur”.

Ayşən Vəli