“Süd, badam, pendiri kofe ilə qəbul etmək olmaz!” – EKSPERT AÇIQLAMASI

Qəhvə
0 Shares

Hal- hazırda dəb halını almış kofeşoplar, filmlər, reklamlar insanları kofeyə meyilli edib. Kofeyə alışqan insanlar gün ərzində iki fincan kofeni (kiçik kofe fincanı) keçməməlidir. Yəni 200 ml-ni keçməməlidir. Əsasən günün birinci yarısında, səhər yeməyi ilə günorta yeməyi ara vaxtı qəbulu tövsiyyə olunur. Acqarna qətiyyən kofedən istifadə etmək olmaz! Mədəsində problemi olan insanlarda ciddi fəsadlara gətirib çıxarır” – bu sözləri Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma və düzgün həyat tərzi üzrə beynəlxalq ekspert Məhsəti Hüseynova QHT.az-a açıqlamasında bildirib.

O, həmçinin qeyd edib ki, kofe həddindən çox içən insanlarda, yeməklə birlikdə, yeməkdən dərhal sonra, yeməkdən çox öncə qəbul olunan kofelər orqanizmdə vitamin və mineralların yuyulub getməsinə, vitamin çatışmazlığına gətirib çıxarır: “Bu vaxt kalsium, kalium, sink, D vitamini, maqnezium, selenium çatışmazlığı baş verir. Nəticədə sümük problemləri, erkən qocalma, onurğa beyinin zədələnməsi, oynaqlarda ağrılar müşahidə olunur. Süd, badam, pendiri kofe ilə qəbul etmək olmaz! Buna diqqət edin”.

Ekspert çox kofe içən insanlarda ağızda dad reseptorlarının da pozulduğunu vurğulayıb. Belə ki, qidalardan dadbilmə, zövqalma hissinin azaldığını diqqətə çatdırıb: “Kofenin faydalarından yararlanmaq üçün sadə içmək məsləhətdir. Əlavələrin istifadəsi zərərlidir, qaraciyər yağlanmasına gətirib çıxarır”.