Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova’dan  sağlam qidalanma TƏKLİFLƏRİ:

0 Shares

Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova QHT.az-a səhər yeməyində zülal tərkibli qidaların qəbulunu xüsusilə vurğulayır. 
Yumurtadan tutmuş süd məhsulları (qatıq, pendir, süd və s.) kimi qidalar məktəblilərin enerjisini və immun sistemini gücləndirə bilər. Gün ərzində az miqdarda çərəzlər və mövsümi meyvə-tərəvəzlərin qəbulu da faydalıdır. Qazlı içkilərin və sürətli yeməklərin tərkibində olan zərərli maddələr isə mərkəzi sinir sisteminə ciddi zərər verə bilər, yaddaşsızlığa və gələcəkdə daha ağır problemlərə gətirib çıxara bilər. Buna görə də, içki olaraq daha çox su və təbii meyvə suyu istifadə edilməli, şagirdlərə evdən hazırlanan qidalar məktəbə aparmaları tövsiyə olunur.

Eyni zamanda, düzgün yuxu rejimi və fiziki aktivlik sağlam qidalanma qədər vacibdir. Hüseynova qeyd edir ki, hər gecə 6-7 saat kəsintisiz yuxu immun sistemini gücləndirir və uşaqların zehni fəaliyyətinə müsbət təsir edir.

~ Abbaszadə Fidan