“Sağlam həyat tərzinin təbliğinə dair maarifləndirmə tədbirlərinin təşkili” adlı layihənin icrasına başlanmışdır

0 Shares

Məlumat üçün bildiririk ki, “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sağlam həyat tərzinin təbliğinə dair maarifləndirmə tədbirlərinin təşkili” adlı layihənin icrasına başlamışdır. Layihənin məqsədi yeniyetmə və gənclərin zərərli vərdişlər və qeyri sağlam şəkildə qidalanmanın səbəb olduğu acımasız xəstəliklərdən, gəncləşən ölümlərdən xilas olmaq üçün zərərli vərdişlərdən çəkindirmək, mübarizə imkanları, sağlam qidalanma və düzgün həyat tərzilə əlaqədar olaraq geniş şəkildə maarifləndirməkdən ibarətdir.

Bu məqsədlə Abşeron rayonu və Şirvan şəhərində gənclərlə görüşlər və dövlət rəsmilərinin, ekspertlərin, gənclərin iştirakı 1 günlük forum keçiriləcəkdir. Forum çərçivəsində yenilənmiş “saglamqida.az” saytının, maarifləndirici kitabın və “Qida bələdçisi” mobil tətbiqinin təqdimatı həyata keçiriləcəkdir.

Saytda davamlı olaraq sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərin sağlamlığa vurduğu ziyanlar və ondan xilas olmağın yolları, asudə vaxtlarının səmərəli keçirilməsi, düzgün və sağlam qidalanma rejimi, zərərli və xeyirli qidalar, onları ayırd etmə üsulları, bu istiqamətdə fəaliyyət göstərən dövlət və qeyri-dövlət orqanlarının fəaliyyətləri, hesabatlar, görüntülü maarifləndirici videolar paylaşılır.