Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti və Gənclərin Töhfəsi İctimai Birliyinin “Milli Parkların təbliği istiqamətində birgə əməkdaşlığı” çərçivəsində 22 may – Beynəlxalq Biomüxtəliflik günü münasibətilə Samur Yalama Milli Parkı – na ekskursiya təşkil olundu. Eksursiyada Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Xüsusi mühafizə olunan ərazilər şöbəsinin müdiri Elnur İbrahimov, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini, Gənclərin Töhfəsi İctimai Birliyinin icraçı direktoru, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev, sədr müavini Şahin Əliyev, idarə heyətinin üzvü Nihad Təhməzov, 1 saylı Bakı baza Tibb Kollecinin TGT sədri Elnur Həsənbəyli, kollecin tələbələri və gənclər iştirak etdi. Samur Yalama Milli Parkının rəhbərliyi tərəfindən təhkim olunmuş bələdçi gənclərə milli park, marşrut turları barədə geniş məlumat verdi. Milli parklarımızın təbliği istiqamətində maarifləndirmə işləri mütəmadi olaraq davam etdiriləcək.
Gənclərin asudə vaxtlarının səmərəli təşkili yönündə milli parklara maarifləndirici ekskursiyanın təşkilinə göstərdiyi dəstəyə görə Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayevə, həmçinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev təşəkkür edirik.
Məlumat üçün bildiririk ki, bu kimi maarifləndirici təşəbbüslər Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi -nin dəstəyi, Gənclərin Töhfəsi İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Sağlam Həyat” Platforması layihəsi çərçivəsində mütəmadi olaraq həyata keçirilir. Eksursiya çərçivəsində həmçinin gənclərə Məhsəti Hüseynova tərəfindən sağlam həyatın əsas sütunlarından biri ətraf mühitin qorunması, ekologiyanın sağlamlığa təsirləri, sağlam qidalanma, düzgün həyat tərzi, qida təhlükəsizliyi və bir çox mövzularda maarifləndirici məlumatlar verildi.