“Sağlam ailə -sağlam genofondun təminatıdır” adlı tədbirlər keçirilib

0 Shares

Məlumat üçün bildiririk ki, Abşeron rayonunda və Şirvan şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin təşkilatçılığı ilə “Sağlam ailə – sağlam genofondun təminatıdır” adlı layihə çərçivəsində tədbir keçirilib. Layihənin məqsədi gənc valideynlərinin, eləcə də ailə həyatı qurmağa hazırlaşan gənclərin, həmçinin uşaqların himayədarların erkən uşaqlıq dövrü inkişafı və pozitiv valideynlik üzrə bilik və təcrübəsini təkmilləşdirməkdir.

Keçirilən tədbirlərdə “Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev çıxış edərək layihənin mövzusunun aktuallığı və erkən uşaqlıq dövründə inkişafla bağlı valideynlərin, himayədarların məlumatlandırılmasının, bilik və bacarıqlarının artırılmasının vacibliyi barədə məlumat verib.

Həmçinin “Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi” İctimai Birliyinin sədri, layihə eksperti, EUDİ və sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova çıxış edərək bəsləyici qayğı, erkən uşaqlı dövrünün mərhələləri (EUDİ), təhlükəsiz və etibarlı mühit, hamiləlik dövründə anaların sağlam və düzgün qidalanmasının vacibliyi və bir sıra mövzular barədə geniş məlumat verib.

Tədbirlərdə həssas qruplarla işləyən ictmai birlik sədrləri, şəhid və qazi anaları, gənc valideynlər iştirak edib.  Layihə çərçivəsində hazırlanmış “Erkən uşaqlıq sonsuz imkanlar dövrüdür” adlı kitabçalar iştirakçılara paylanılıb. Həmçinin tədbirlərin sonunda iştirakçıların sualları cavablandırıllb.