Şəkərli diabet xəstələri NECƏ QİDALANMALIDIR? – MÜTƏXƏSSİS AÇIQLADI

Məhsəti Hüseynova
0 Shares

“Şəkər xəstəliyi ilə bağlı bu gün çox danışılır. Çünki müasir dövrümüzdə ən çox yayılan xəstəliklərdən biri şəkər xəstəliyidir”. Bu sözləri açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib.

Onun sözlərinə görə, bu xəstəlik şəkərli diabet kimi də tanınır: “Şəkərli diabetin bir çox fəsadları var, hətta ölümə belə səbəb ola bilər. İlk vaxtlarda insanlar sağlamlıqlarına düzgün şəkildə diqqət etməsələr təbii ki, bu xəstəliyə yoluxma riski bəlli yaşlardan sonra daha da çoxalacaq. Qanda şəkərin səviyyəsi 70-lə 100 arasında norma hesab olunur. Amma yuxarıdırsa şəkərə meyillilik kimi qəbul olunur. Bu zaman isə artıq şəkərli diabet diaqnozu qoyulur. Fərqli səbəblərdən insanlar bu xəstəliyə yoluxa bilərlər. Belə ki, mədəaltı vəzin insulin ifraz etməməsidir ki, bu da qidaların düzgün şəkildə həzm olunmasına imkan vermir.

İkinci halda isə bu 35-40 yaşlardan sonra əmələ gəlir. Demək olar ki, bu ikinci tip şəkərli diabet xəstəliyi adlanır. Bəzən də olur ki, genetik olaraq insanlar şəkər xəstəliyi ilə doğulurlar. Bu artıq uşaq yaşlarından özünü göstərir. Ümumiyyətlə əgər insulin düzgün şəkildə ifraz olunmursa, bu zaman hüceyrələrə də qandakı qlükoza, şəkər düzgün şəkildə parçalanmır. Eyni zamanda bir çox sağlamlıq problemlərinə gətirib çıxarır. Bunu müəyyən əlamətlərlə bilmək olar. Müəyyən vaxtlarda müayinələr aparılmadığı üçün şəkərli dibaet xəstəliyinin olduqca gec bir zamanda fərqinə varırlar. Amma mütləq şəkildə bilmək lazımdır ki, əgər özlərini çox iş görmədən, fiziki aktivlik olmadan yuxulu və yorğun hiss edirlərsə, görmələrində bulanıqlılıq varsa və problem yaranırsa, eyni zamanda çox sürətli şəkildə, qəfil kilonun itməsi, susuz hissetmə, bəzən də həmin anda şəkər səviyyəsi normal olmadığı üçün həddindən artıq yemək yeyib, doymamaq hissi olur. Bunlardan əlavə tez-tez sidiyə çıxmaq da şübhələnilən səbəblər arasındadır. Ən önəmli məsələlərdən biri isə dəridə quruluq, qaşıntı yaranırsa, yaraları gec sağalırsa bu halda artıq şəkərli diabet xəstəliyinin olub-olmaması mütləq şəkildə araşdırılmalıdır. Mütləq şəkildə həkim müayinəsindən keçmək laızmdır.

Şəkərli diabetin qidalanması

Düzgün şəkildə qidalanmamaq, həddindən artıq yağlı yeməklərdən, un məmulatlarından istifadə də şəkərə səbəb olur. Eyni zamanda stres və qorxudan da uzaq olmaq lazımdır.

Şəkərli diabet xəstələri də bir növ hamilə xanımlar kimi qidalanmalıdırlar. Yəni 2-3 saatdan bir, lakin az-az qidalanmaq lazımdır.

Bütün bu sadalananlar nəzərə alınarsa, bu zaman artıq şəkəri normada saxlamaq mümkün olacaq”.

Səbinə Hüseynli