Protein tozları sağlamlıq üçün böyük təhlükədir – AÇIQLAMA

Protein tozları
0 Shares

İnsan orqanizminin xüsusilə daxili orqanların, əzələlərin, gözlərin və orqanizimin bir çox hissəsində zülal var. Belə olan halda orqanizminin sağlam, enerjili, güclü olması üçün mütləq şəkildə günlük zülal, protein ehtiyyacı qəbul edilməlidir.

Bu sözləri açıqlamasında Sağlam Qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib.

Protein tozları sağlamlıq üçün böyük təhlükədir – AÇIQLAMA

Onun sözlərinə görə, 25 yaşa qədər olan şəxslərdə günlük zülal ehtiyyacı insan bədəninin hər kiloqramaına görə 1,5 qram nəzərdə tutulub. Əgər bir insan aktiv fiziki həyat tərzi sürürsə, idmanla məşğul olursa bu zaman hər kiloqram bədən çəkisinə görə gün ərzində 2 qrama qədər zülal qəbul edə bilər:

Bu da təxminən 50 kq insan üçün100 qram zülal deməkdir. Sağlamlıq üçün bu zülalı mütləq şəkildə təbii sağlam qidalanma ilə zülal mənşəli qidaları gündəlik qidalanma rasionuna daxil edərək qəbul etmək lazımdır. Lakin, bu gün gənclərimiz, idmanla məşğul olan şəxslər bəzən bədənlərini tez bir zamanda formaya salmaq üçün suni proteinlərə üz tuturlar ki, bu çox yanlışdır və eyni zamanda da çox təhlükəlidir.

Protein orqanizmin ən əsas ehtiyyac duyduğu maddələrdən biridir. Suni proteinlər isə demək olar ki, kimyəvi maddələrdən hazırlanır eyni zamanda da həmin kimyəvi maddələr insan orqanizmi tərəfindən tanınmır və tez bir zamanda o istənilən əzələ kütləsini yarada bilər. Amma, orqanizim üçün, sağlamlıq üçün böyük təhlükədir.

Birinci növbədə düzgün şəkildə istifadə olunmayan protein tozu və ya suni şəkildə istifadə olunan protein tozu birmənalı şəkildə sağlamlığa zərərdir. Mütəmadi olaraq bu kimi tozlardan istifadə edən insanlarda zaman keçdikcə sümük əriməsi, bağırsaq problemi və eyni zamanda da mərkəzi beyin sisteminin funkisiyalarında geriləmə, aqresivlik, yorğunluq eyni zamanda depresiyaya meyillilik halları baş verir.

25 yaşa qədər olan şəxslər protein tozunu həddindən artıq itifadə etdikdə hormonal balans tamamilə pozulur, buna səbəb isə protein tozlarının içərisində geni dəyişdirilmiş orqanizimlərin olmasıdır. Həmin insanların gələcəkdə valideyin olmaq şansı azalır və yaxud da xəstə uşaqların dünyaya gəlməsinə səbəb olur.

Digər bir məsələ isə protein tozunu davamlı olaraq istifadə edən insanlarda artıq həmin suni protein tozunun içində olan kimyəvi maddələrdən asılılıq yaranır. Belə ki, insan artıq davamlı olaraq həmin maddəni qəbul etməsə özünü yaxşı hiss etmir. Ümumiyyətlə yaxşı olar ki, əzələ kütləsini bərpa etmək üçün çəkimizi normada saxlamaq üçün mütləq şəkildə sağlam qidalanmaya diqqət edək. Yuxu rejimi ən önəmli məsələlərdən biridir. Protein tozu əvəzinə ətdən, yumurtadan, süddən, süd məhsullarından ( pendir, qatıq, qaymaq, yağ) eyni zamanda paxlalılardan ( noxud, lobya, mərcimək və s) istifaə etmək daha məqsədə uyğundur. Bu qidalar da həddindən artıq çox zülal tərkibldiir. Protein ehtiyyacını qarşılamaq üçün çərəzlərdən də istifadə etmək olar. Bu qidalar təbii protein, zülal qaynağı olduğu üçün insan orqanizmi tərəfindən rahatlıqla həzm olunur və sağlamlıq üçün çox faydalıdır.