Məhsəti Hüseynova – Ramazandan sonra bu qidaları yeməyin!

0 Shares

Artıq Ramazan bayramına çox az bir müddət qalıb. Bu bayramda oruc tutan insanların həddindən artıq yeməkdən çəkinməsi lazımdır. Ramazandan sonra çox yemək qəbul etmək bir çox fəsadlara səbəb ola bilər?

Maraqlıdır, görəsən Ramazandan sonra necə qidalanmalıyıq?

Məsələ ilə bağlı sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova Lent.az-a açıqlamasında bildirib ki, Ramazan ayında xüsusilə oruc tutan insanlar normal qidalanma rejiminə qayıtmaq üçün mütləq şəkildə bəzi qaydalara riayət etməlidirlər.

Onun sözlərinə görə, axşam yeməyini 1 həftə ərzində yarım saat tez yemək lazımdır:

“Oruc tutan insanlar uzun müddət ac qaldıqları üçün daha çox xəmir yeməkləri və ya paxlalı qidaları az miqdarda istehlak etmək lazımdır. Bayramda daha çox tez həzm olunan qidalara üstünlük verməliyik. Xüsusilə axşam yeməyində tərəvəzli qidalar istehlak etmək məsləhətlidir. Çünki həmin qidalar lifli qidalar olduğuna görə, bağırsaqların hərəkətliliyini təmin edir və qəbizliyin qarşısını alır. Orucluqdan sonra səhər yeməyindən imtina etmək düzgün deyil. Səhər yeməyi mütləq yeyilməlidir”.

Oruc tutan insanlar uzun müddət ac qaldıqları üçün daha çox xəmir yeməkləri və ya paxlalı qidaları az miqdarda istehlak etmək lazımdır.

Məhsəti Hüseynova fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Ramazandan sonra maye qəbuluna da diqqət etmək lazımdır:

“Birdən-birə yağlı, turş qidaları qəbul etmək düzgün deyil. Çünki həmin qidalar orqanizmdəki maye balansını pozur. Bu da gələcəkdə oynaqlarda problemin yaranmasına və yüksək təzyiqə səbəb ola bilər. Ramazandan sonra bağırsaqlarda və həzm sistemində problemin olmaması üçün mümkün qədər az qızardılmış və yüngül bişmiş qidalar istehlak etməliyik. Həmçinin meyvə qurusuna üstünlük vermək lazımdır ki, oruc tutarkən itirilmiş vitaminlər bərpa olunsun. Ramazandan sonra əgər, sağlamlıq problemi ortaya çıxsa, ilk növbədə qidalanma intervallarına diqqət etməli və yuxu rejimini normaya salmalıyıq”.