Məhsəti Hüseynova – Ömrü uzadan qidalar hansılardır? – DİQQƏT!

Məhsəti Hüseynova
0 Shares

“Ömrü uzatmaq üçün ilk növbədə sağlam qidalanmalı və düzgün miqdarda maye qəbul etməliyik”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, orqanizmdə baş verən proseslər məhz təmiz suyun hesabına gedir: “Ömrü uzadan qidalar və içkilər əsasən ürəyə faydalı olan qidalar və içkilərdir. Meyvələrdən qaragiləni misal göstərmək olar. Həm tərkibi anti-oksidan tərkiblidir, həm də C vitami ilə zəngindir. Bu baxımdan ürək-damar xəstəlikləri üçün çox faydalıdır. Faydalı ədviyyatlardan isə darçındır. Darçınlı içkilər qəbul etmək xərçəngə, ürək-damar xəstəlikləri üçün çox faydalıdır. Faydalı qidalar sırasında həmçinin bal da var. Bal həm antioksidan, həm də antibakterialdır. Qədərini çox aşmamaq şərtilə gündə 1-2 çay qaşıq balı suya əlavə edərək qəbul edə bilərik. İçkilərdə mütəmadi olaraq limonu əlavə etmək mütləqdir. Amma onu da nəzərə almaq lazımdır ki, az miqdarda və gündəlik istifadə etmək lazımdır. Həddindən çox istifadə etmək mədə xəstəliyi olan insanlar üçün təhlükəlidir. Tərəvəzlər meyvələrdən daha çox faydalıdır. Çünki tərəvəzlərin tərkibində şəkər miqdarı az olur”.