Kartof qızartmasında akrilamidin əmələ gəlməsi

kartof
0 Shares

Kartof qızartması hər yaşda olan insanların sevimli yeməyidir. Hansı yemək zamanı olsa da, biz onu ləzzətlə yeyirik. Kartof qızartmasının tərkibində akrilamid adlı maddənin əmələ gəldiyini eşitmisiniz? Əgər eşitməmisinizsə, kartofda akrilamidin necə əmələ gəldiyinə birgə nəzər yetirək. Akrilamid əmələ gəlməsi nədir? Sadə dillə desək, yüksək temperatura məruz qalan qidalarda (bişirmə və ya istehsal zamanı) əmələ gələn birləşmədir. Akrilamid təbii olaraq qidalarda tapılmır. Yüksək temperatura məruz qaldıqda reaksiya nəticəsində əmələ gələn birləşmədir. Yaranan akrilamidin miqdarı tətbiq olunan temperatur və vaxta görə dəyişir. Akrilamid əmələ gəlməsi yüksək nişastalı qidalarda daha yüksəkdir. Məsələn, qızardılmış kartof, çips, biskvit, un məmulatları.

Akrilamid nədir? Kartof qızartmasında akrilamidin miqdarını necə azaltmaq olar? Akrilamid sağlamlığa zərərlidir və kanserogen maddədir. Kartof qızartmasının tez-tez istehlakının tövsiyə edilməməsinin səbəblərindən biri də akrilamid birləşməsidir. Odur ki, kartof qızartması hazırlayarkən akrilamid əmələ gəlməsini azaltmaq üçün bəzi ehtiyat tədbirləri görməliyik. Kartof qızartması hazırlayarkən bişmiş kartofdan istifadə ilk növbədə akrilamid əmələ gəlməsi riskini azaldır. Çiy kartof istifadə ediləcəksə, qızartmadan əvvəl ən azı 2 saat suda saxlanmalıdır. Bundan əlavə, kartofu qızardarkən çox qızartmamaq lazımdır. Qızıl sarı rəng yaranana qədər qızartmaq kifayətdir. Xüsusilə çox qızardılmış kartofda akrilamid yüksəkdir.