Gündə neçə stəkan çay içməliyik? – MÜTƏXƏSSİS AÇIQLADI

Asim Vəliyev
0 Shares

“Sudan sonra ən çox içilən içki çaydır. Xüsusilə də ölkəmizdə vazkeçilməz içkilərdəndir”. Bu fikirləri SİA-ya açıqlamasında təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib.

Onun sözlərinə görə, araşdırmalar sağlam qidalanma ilə yanaşı, çay içməyin bəzi beyin funskiyalarını yaxşılaşdırdığını, yaxşı xolesterini artıraraq ürək-damar xəstəliklərinə qarşı qoruyucu təsir göstərdiyini ortaya qoyur: “Qara və yaşıl çay ən məşhur çaylardandır. Hər iki çay növü də daha aşağı qan təzyiqi və daha yaxşı ürək sağlamlığı ilə əlaqəli olan kafein və polifenollar adı verilən antioksidantlarla yüklüdür. Bəzi kiçik fərqlər var. Məsələn, qara çay daha çox kafein ehtiva edir, yaşıl çay daha yaxşı bir antioksidantdır. Ancaq çayın tərkibinə şəkər və ya başqa qatqılar əlavə olunarsa, çayın faydası azalır.
Çay tərkibindəki kafein miqdarına görə idmandan öncə içilməsi tövsiyə olunur. Səhər ən tez 10:00 – 11:00 arası qəbulu daha faydalıdır. Yeməklərdən bir neçə saat sonra və yeməklər arası içilə bilər. Xüsusilə, dəmir kimi qida birləşmələrinin sorulmasına mane olmaması üçün yeməkdən dərhal sonra içmək olmaz. Kafein tərkibi səbəbi ilə yuxunu qaçırmaması üçün ən gec iki saat əvvəl içmək lazımdır.
Gündə 3-4 stəkan çay içmək yetərlidir”.