“Gənclərin Töhfəsi” İctimai Birliyi tərəfindən müəllimlər üçün sağlam qidalanma təlimi keçirilib.

0 Shares

“Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Be Smart and New Moves” – məktəblilər üçün qidalanma təlimi layihəsinin icrasına başlanıb. Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Layihə çərçivəsində pilot olaraq seçilən 176 nömrəli tam orta məktəbdə müəllimlər üçün təlim mayın 24-də keçirilib. Layihə rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova tərəfindən 40 müəllimə “Məktəbdə sağlam qidalanmada müəllimlərin rolu?”, “Məktəbli qidalanma çantasının hazırlanması”, “Sağlam qidalanma vərdişləri”, “Qida təhlükəsizliyinin önəmi” mövzusunda geniş məlumat verilib. Birliyin sədri Asim Vəliyev pilot olaraq seçilmiş 176 nömrəli məktəbdə yeni dərs ilində qurulacaq “Sağlam Həyat” platforması barədə geniş məlumat verib. Platformanın qurulmasına dair təklifləri dinlənilib və müzakirələr aparılıb.

Təlim proqramı Finlandiya məktəblərində həyata keçirilən “Sapere” üsulu ilə keçirilir, bu, uşaq və yeniyetmələrə sağlam qidalanma vərdişi qazandırmaqda təsirli üsul hesab olunur.

Nəzərinizə çatdırırıq ki, layihə çərçivəsində “Sağlam Həyat” – 1-ci Respublika Forumu keçiriləcək.

#QHT #NGO #QhtAgentliyi #NgoAgency #Layihə #GTİB2024 #GTİB15İL