İnsanlar vaxt azlığından bəzən dondurulmuş məhsullar almalı olurlar. Mağazalarda dondurularaq satılan ət, xəmir yeməkləri, meyvə-tərəvəzin bəzi çeşidləri olur. Ev şəraitindədə təzə məhsullar dondurularaq digər mövsümlərdə istifadə üçün saxlanılır.
–Bəs bu məhsullardan istifadə edərkən nələrə diqqət edilməlidir?-Dondurulduqda qida dəyərini itirir’mi?
Məsələ ilə bağlı Qida üzrə mütəxəssis Məhsəti Hüseynova münasibət bildirdi.
O bildirir ki, hər məhsulun öz saxlanma rejimi var. Bəzi qidalar dondurularkən enerji dəyərini itirir. Bəziləri isə keyfiyyətini saxlayır.
Mütəxəssisin sözlərinə görə yarımfabrikat məhsullar həm karbohidrat tərkibli xəmirdən həm də zülal tərkibli ətdən ibarət olduğuna görə daha tez xarab olmağa meyilli olurlar.
Ətraflı olaraq videonu izləyin.
~Abbaszadə Fidan