Bu qida uşaqlara “fast food”u unutduracaq – VİDEO

Məhsəti
0 Shares

İmmunitetimizin formalaşmasında, orqanizmimizin sağlamlığında bir çox faktorlar kimi qidalanma tərzimiz də böyük rol oynayır. Hətta bir çox mütəxəssislərə görə, erkən yaşlarda, orqanizmin əsas inkişaf mərhələsində nələrlə qidalanmağımız yetkin yaşda özümüzü psixoloji və fiziki olaraq nə dərəcədə sağlam hiss etməyimizə zəmin yaradır.

Buna görə də hərtərəfli sağlam fərd yetişdirməyə çalışan valideynlər uşaqlarını nə ilə, necə qidalandırmaq məsələsinə daim həssas yanaşırlar. Lakin övladını zərərli hesab olunan qidalardan çəkindirməyən və ya buna nail olmaqda əziyyət çəkən valideynlər də az deyil.

MÖVZU İLƏ BAĞLI:

Kökəlmək üçün necə qidalanaq? – VİDEO

“Nə yeyək?” rubrikasının bu dəfəki sayında tez hazırlanan, hamının “fast food” adlandırdığı qidalar və onların uşaq orqanizminə təsirlərindən, eləcə bu dada öyrəşmiş uşaqları onlardan hansı üsulla uzaqlaşdıra biləcəyimizdən söz açmışıq.

Mövzu ilə bağlı Bizim.Media-nın həmsöhbəti sağlam qidalanma mütəsəssisi Məhsəti Hüseynovadır. Beləliklə, bu haqda daha ətraflı hazırladığımız videomaterialda tanış ola bilərsiniz: