Dünyada sudan sonra ən məşhur içki adını alan çay bugün təxminən 100-ə yaxın fərqli mədəniyyətin bir parçasıdır. Bu mədəniyyətin tarixi isə 5000 il əvvələ qədər uzanır. Hər gün dünyada 27 milyon fincan çay içilir.
Çay bitkisinin insan orqanizmi üzərində həm mənfi həm də müsbət təsirləri var. Mütəxəssislər xüsusilə insanlara keyfiyyətli çay seçimi barədə xəbərdarlıq edirlər. Eyni zamanda çayın düzgün qəbul edilməsi də insan sağlamlığı üçün önəmli faktorlardan hesab olunur.
Mövzu ilə bağlı sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova fikrini bildirdi: Mütləq şəkildə təzə dəmlənmiş və keyfiyyətli çaydan istifadə edilməlidir. İsti içilən çay qida xəstəliklərinin, xüsusilə də xərçəng xəstəliyinin yaranmasına səbəb ola bilər – deyə mütəxəssis bildirib.
Ətraflı olaraq videonu izləyin.
~ Abbaszadə Fidan