Özünüzü siqaretin ziyanından qoruyun. – Mütəxəssis Mehseti Hüseynova AÇIQLADI:

0 Shares

Tütün insan ömrünü qısaldır. Günümüzdə təəssüfki tütün və tütün məhsullarından istifadə edənlər kifayət qədərdir. Məhz bu səbəbdən də müxtəlif xəstəliklərin yaranmasında, ölənlərin sayında xeyli artım müşahidə olunur. Müəyyən yaş dönəmlərində elektron siqaretə də maraq yaranır.

Bəs elektron siqaretin fərqi nədir?

Mütəxəssis Məhsəti Hüseynova qeyd edib ki, tərkib olaraq eyni olsa da aromatizatorlardan istifadə olunması, digər əlavə kimyəvi maddələrin olması orqanizm üçün daha çox zərərlidir. Buna görə də elektron siqaret və ya digər siqaret məhsullarına aldanmasınlar. “Sağlamlıqlarının qədrini sağlam olanda bilsinlər” deyə mütəxəssis vurğulayıb.

Ətraflı olaraq videonu izləyin.

~ Abbaszadə Fidan