Məlumat üçün bildiririk ki, 27 aprel 2024-cü il tarixdə Bakı şəhər Gənclər və İdman İdarəsi, “Gənclərin Töhfəsi” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurası (NAYORA) və Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin birgə təşkilatçılığı, Gəncliyə Yardım Fondu, Qida Təhülkəsizliyi Hərəkatı, 1 saylı Bakı Tibb Kolleci və Peşə Təhsilinin İnkişafına və Məşğulluğa Dəstək İctimai Birliyinin tərəfdaşlığı ilə “Yaşıl Dünya Naminə Gənclərin Şəbəkələşmə Forumu” keçirildi. Forumun keçirilməsində əsas məqsəd iqlim dəyişikliyi ilə mübarizədə dövlətimizin apardığı siyasətə ictimai dəstək olmaq və Azərbaycanda keçiriləcək “COP 29” öncəsi gənclərin şəbəkələşməsinə töhfə verməkdən ibarət idi. Forumun açılışında millət vəkilləri Jalə Əhmədova, Ceyhun Məmmədov, Arzu Nağıyev, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İctimai İnkişaf sektorunun müdiri Elşən Qəhrəmanov, Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Dənyar Teymurlu, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev, Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədri, layihə rəhbəri Məhsəti Hüseynova, Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının idarə heyətinin üzvü Nərminə Hüseynzadə, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, Dünya Alapaqut Federasiyasının vitse-prezidenti Emil Rəhimov, 1 saylı Bakı Tibb Kollecinin əməkdaşı Elnur Həsənbəyli iştirak etdi. Daha sonra forum panel müzakirələrlə davam etdi. Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədri Məhsəti Hüseynovanın moderatorluğu ilə davam edən “İqlim Dəyişikliyi ilə mübarizədə Qida Təhlükəsizliyi, Dayanıqlı Kənd Təsərrüfatı və Ətraf mühit siyasətləri” adlı 1-ci paneldə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyinin Qorunması Xidmətinin baş məsləhətçisi Günel Hökməliyeva, Kənd Təsərrüfatı Nazirliyinin Aparatının Torpaqdan İstifadəyə nəzarət şöbəsinin Kənd təsərrüfatının ekologiyası və iqlim məsələləri sektorunun böyük məsləhətçisi Samirə Qurbanlı, Meliorasiya və Elmi Tədqiqat İnstutunun Beynəlxalq əlaqələr marketinq və innovasiyalar departamentinin direktoru Səməd Rzazadə, Zərdab Aqroklaster MMC-nin direktor müavini Cavanşir Seyidov çıxış etdi. Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyevin moderatorluğu ilə davam edən “İqlim dəyişikliyi ilə mübarizədə gənclərin rolu və Dövlət-QHT-Media əməkdaşlıq perspektivləri” adlı 2-ci paneldə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İctimai İnkişaf sektorunun müdiri Elşən Qəhrəmanov, Azərbaycan Respublikasının Gənlər Təşkilatlarının Milli Şurasının(NAYORA) idarə heyətinin üzvü Nərminə Hüseynzadə, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiriYadigar Məmmədli, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Davamlı inkişaf kafedrasının müəllimi, Rəhbər Kadrlar Fakultəsinin aparıcı mütəxəssisi Şövkət Müstafazadə çıxış etdi. Panel müzakirələrin sonunda “Təmiz Oyunlar” ekokönüllülük layihəsinin Azərbaycan koordinatoru Şahin Əliyev “Yaşıl dünya naminə hərməylik ili” çərçivəsində 6 regionumuzda həyat keçiriləcək təmizlik aksiyaları barədə məlumat verdi. Bütün forum iştirakçılarına sertifikatlar təqdim olundu.
Biz mətbuatdaFəaliyyətimizGündəmLayihələrSağlamlıqTədbirlər
Yaşıl Dünya Naminə Gənclərin Şəbəkələşmə Forumu keçirildi
07 May 2024105 Views