Marketdəki bu qidalardan uzaq durun –  “Tullantıdan hazırlanır”

0 Shares

Son illərdə demək olar ki, əksər insanların, hətta uşaqların da sevərək yediyi çipsi və bu kimi məhsulların nə qədər zərərli olduğunu bilirik. Buna baxmarayaq, marketlərdə ən çox tələbat bu və digər məhsullaradır. Bəs bu məhsulların insan orqanizminə nə kimi ziyanları var?

Məsələyə münasibət bildirən qida eksperti Məhsəti Hüseynovanın sözlərinə görə, paketlənmiş qidalara onların uzun müddət qalması üçün tərkibinə kimyəvi və təbii qatqı maddələri vurulur:

“Bir çox qatqı maddələri var ki, dadlandırıcı, rəngləndirici stalizatorlar şəklində istifadə olunur. Bunların bir çoxu kimyəvi qatqı maddələri olduğuna görə, uzun müddət insan orqanizmi tərəfindən həzm olunmur. Xüsusilə də, 20-25 yaşa qədər olan insanlar üçün daha təhlükəlidir. Çünki bu yaşa qədər insan orqanizmi inkişaf prosesindədir. İnsan inkişaf etdiyi müddətcə tərkibində daha çox təbii vitamin və minerallar olan qidalar qəbul elədikdə, zaman düzgün şəkildə inkişaf edə bilir. Ancaq paketlənmiş, rəf ömrü uzun olan qidalarda bu kimi vitamin və mineral dəyəri az, kimyəvi qatqı daha çox olduğuna görə, orqanizimdə bir çox problemlər yaranır”.

Məhsəti Hüseynova vurğulayıb ki, xüsusilə çipsi və bu kimi qidalar var ki, bunların tərkibində sintetik mənşəli “Monosodium glutamate” maddəsindən istifadə olunur:

“Bu, Çin duzu kimi tanınır. Həmin maddə ağızda ənənəvi dad reseptorunun pozulmasına gətirib çıxardır və asılılıq yaradır ki, onu qəbul edən insanlar davamlı olaraq həmin qidadan qəbul etmək istəyir. Eyni zamanda, tərkibindəki bir çox kimyəvi qatqı maddələrinin olması və gündəlik bu kimi məhsullardan daha çox istifadə olunması, orqanizimdə alergik reaksiyalara qədər gətirib çıxardır. Ona görə yaxşı olar ki, körpələr 8 yaşa qədər, həmçinin 20-25 yaşa qədər insanlar daha çox sağlam və təbii qidalara üstünlük versinlər”.

  • Hüseynli Nərgiz