Məhsəti Hüseynova – “Keyfiyyətli qəndi necə tanımaq olar axı?”

0 Shares

“Keyfiyyətli qəndi necə tanımaq olar axı?” sualına cavab axtarırsınızsa, sualınızı sağlam qida mütəxəssisi Məhsəti Hüseynova cavablandırsın. Kəllə qənd alan zaman ehtiyatlı olun! Aldığınız və evinizdə uşaqlarınızın da istifadə etdiyi, qonaqlarınıza da təqdim etdiyiniz bu məhsul zəhərli ola bilər. Bəs qənd satışını həyata keçirən sahibkarlar və istehlakçılar qənd alarkən nələrə diqqət etməlidirlər? Şəkər və qənd kimi qida məhsullarının istehsal prosesi ilə bağlı araşdırmalar aparan mütəxəssis Məhsəti Hüseynova istehlakçıları bu barədə mütəmadi şəkildə məlumatlandırır. Bu yaxınlarda isə o, xidmət obyektlərində, xüsusilə də, çay evləri və restoranlardakı insanlara yaxınlaşıb onları keyfiyyətli qəndi digərlərindən ayırmaq və nələrə diqqət etməli olduqları barədə məlumatlandırıb. O, insanlara bir neçə qənd nümunəsi göstərərək keyfiyyətli və keyfiyyətsiz, həmçinin qatqı maddəsi istifadə olunan və təbii məhsulu necə fərqləndirə biləcəklərini izah edib. Məhsəti xanım bildirib ki, təbii bəyazlığı olan qəndin üzərində gözlə görüləcək qədər parlaqlığın olması və dadında kənar qoxu və tamın olmaması əsas məqamlardan biridir. Əks halda, yəni qəndin rəngində ifrat dərəcədə ağlıq və ya qaraya çalan tünd rəng olduqda bu, keyfiyyətin aşağı səviyyədə olduğunun göstəricisidir. Sağlam qida mütəxəssisi Məhsəti Hüseynova sonda bir daha bildirib ki, sağlamlığının qeydinə qalmaq istəyən hər kəs diqqətli olmalı və süfrələrində “AzərŞəkər” kimi sağlam və keyfiyyətli qənd məhsullarına yer verməlidirlər.