“Axşam nə çox turş, nə də çox şirin meyvə yeməyin!” – Sağlam Qidalanma mütəxəssisi

Axşam yemək
0 Shares

“Yatmamışdan öncə 3-4 saat axşam yeməyi yeyilib bitirilməlidir. Bu vaxtdan sonra qida qəbul daxili orqanların piylənməsinə gətirib çıxarır. Ən çox da qaraciyər və ürək zərər görür. Düzgün qidalanmayanda şəkərli diabet, qaraciyər piylənməsi, hipertoniya və digər xəstəliklər özünü göstərir, mədə turşuluğunun artmasına və orqanizmin səhərə qədər yüklənməsinə gətirib çıxarır”, – Sağlam Qidalanma mütəxəssisi, Qida təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova QHT.az-a açıqlamasında bildirib.

Ekspert qeyd edib ki, qatıq, pendir, süd və süd məhsullarına, yüngül həzm olunan quş və balıq ətinə yer verilsə yaxşı olar: “Axşam nə çox turş, nə də çox şirin meyvə yeyilməsi məsləhət görülmür. Məsələn alma, armud və s. Şokolad yeyiləcəksə, yağsız, südsuz, tünd şokolad qəbul olunmağı məsləhətdir. Göyərti istifadə etmək bağırsağın işinə kömək olur. Axşam çay və kofe içmək ziyandır, nanə, cökə çayları içilsə yaxşıdı. Bu qidaları həzm, mədənizi rahat edəcək və tox tutacaq”.

Axşam erkən saatda yatmağı tövsiyyə edən Məhsəti Hüseynova saat 11-12 dən sonra oyaq qalmaq daxili orqanizmlərin funksiyasını pozduğunu, zamansız aclığa səbəb olduğunu, bunun da yağlanma, piylənməyə gətirib çıxardığını qeyd edib: “Qəbul olunan qida enerjiyə çevrilməlidir. Qida həzm olunmadan bağırsağa keçir, faydalı vitamin və minerallardan yararlanmır, qidaların doğru parçalanmamasına səbəb olur”.